DÜNYA


Özbəkistanda koronavirusa yoluxan xarici turistə 3 min dollar kompensasiya ödəniləcək

Daşkənd, 23 iyun, АZƏRTAC

Özbəkistanda xarici turistin koronavirusa yoluxma faktı təsdiqlənərsə dövlət tərəfindən həmin şəxsə 3 min dollar kompensasiya ödəniləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkədə turizmin inkişafı ilə bağlı imzaladığı sənəddə bildirilir.

Sənəddə deyilir ki, “Özbəkistan: Təhlükəsiz səyahətə zəmanət verilir” adlı sanitar-epidemioloji təhlükəsizlik sistemi yaradılır. Bu sistem çərçivəsində Turizmin Təhlükəsizliyi Fondu fəaliyyət göstərəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.