QAN YADDAŞI
Özbəkistanın hilol.uz portalı Xocalı soyqırımından yazıb
Daşkənd, 27 fevral, АZƏRTAC
Özbəkistanın hilol.uz portalı Xocalı faciəsi haqqında özbək dilində material yayıb.
Materialda Azərbaycanın Xocalı şəhərinin tarixi haqqında məlumat verilir, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin bu şəhərdə törətdikləri soyqırımı haqqında danışılır.
Yazıda həmin gecə ermənilərin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birgə törətdikləri soyqırımının nəticələri barədə statistik məlumatlar təqdim olunur. Bildirilir ki, həmin gecə qocalar, qadınlar və uşaqlara belə aman verilməyib.
Vurğulanır ki, 2000-ci il dekabrın 15-də Ermənistan prezidenti Serj Sarkisyan ingilis jurnalisti Tomas de Vaalın Xocalı soyqırımı ilə əlaqədar sualına belə cavab verib: “Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik. Orada nə baş verdi...”
Yazıda özbək şairi Xurşid Davronun “Xocalı balalarına” adlı şeri də yer alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd