MƏDƏNİYYƏT


“Özünü kəşf et” layihəsinin yekun sərgisi açılacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 10-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Özünü kəşf et” adlı ustad dərslərinin “Artıq kəşf etdim” adlı yekun sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, ötən ilin iyulundan başlayan “Özünü kəşf et” layihəsi dekabradək davam edib. Layihə çərçivəsində 600 nəfərin iştirakı ilə 30-dan çox dərs keçirilib. İştirakçılar bu dərslərdə öyrəndikləri vasitələrlə yaratdıqları əsəri yekun sərgidə qonaqlara təqdim edəcəklər.

Tədbir zamanı pianoçu Seymur Əliyevin ifaları iştirakçılara xoş ovqat bəxş edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.