MƏDƏNİYYƏT
PARODİYA USTALARININ ŞƏXSİ FONDU ZƏNGİNLƏŞDİRİLMİŞDİR
Ömürlərinin 50 ildən çoxunu M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində keçirmiş Əli və Şəfiqə Məmmədovların yaradıcılığı haqqındakı sənədlər parodiya səhnə tariximizin unudulmaz səhifələridir.
Tanınmış müğənnimiz Gülağa Məmmədovun qardaşı Əli Məmmədov və onun həyat yoldaşı Şəfiqə Məmmədovanın arxivdəki şəxsi fondları hələ 1980-ci ildə yaradılmışdır. 75 yaşını haqlayan Şəfiqə xanım bu günlərdə özlərinin şəxsi fondu üçün arxivə 200-dən artıq yeni sənəd təqdim etmişdir. Onların arasında Mirvarid Dilbazi, Niyazi, Məmməd Salmanov, Gülağa Məmmədovla birgə çəkdirilmiş fotoşəkillər, ötən əsrin 50-60-cı illərinin afişaları, tamaşa proqramları, ifa etdikləri parodiyaların qısa və məzmunlu mətnləri və sair səhnə parodiya tariximizi öyrənən tədqiqatçılar üçün maraqlı sənədlərdir.