Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜNƏ VƏ PROKURORLUQ ORQANLARININ YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 1998-ci il tarixli Sərəncamına müvafiq olaraq, hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu il bayram, eyni zamanda Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 85 illik yubileyinə təsadüf etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, peşə bayramı günü və yubileylə əlaqədar oktyabrın 1-də Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun və Bakı şəhər (rayon) prokurorluqlarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin əziz xatirəsini yad edərək, onların məzarları üzərinə çiçək dəstələri düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Həmin gün Baş Prokurorluqda prokurorluq işçilərinin peşə bayramı gününə və Azərbaycan Prokurorluğunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Peşə bayramı günü və 85 illik yubiley münasibətilə prokurorluq əməkdaşlarını, xidməti vəzifəsini icra edərkən şəhid olmuş əməkdaşların ailə üzvlərini və prokurorluğun veteranlarını səmimiyyətlə təbrik edən Baş prokuror Zakir Qaralov demişdir ki, zəngin dövlətçilik ənənələri olan Azərbaycanın milli dəyərlərinə və tarixi keçmişinə dərin hörmətin təzahürü olan 17 iyul 1998-ci il tarixli Prezident Sərəncamı ilə prokurorluq orqanlarına dövlət qayğısı ifadə olunmuş, müstəqil inkişaf yolu seçmiş cəmiyyətimizdə prokurorluğun yeri və roluna münasibət bildirilmişdir. Prokurorluq işçilərinin peşə bayramının ilk dəfə qeyd edildiyi 1998-ci il noyabr ayının 28-də, prokurorluq orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Prezident Heydər Əliyevin iştirakı və proqram xarakteri daşıyan dərin məzmunlu nitq söyləməsi diqqətə çatdırılmışdır.

Baş prokuror daha sonra qeyd etmişdir ki, respublika Prezidentinin 2000-ci il aprelin 26-da respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən ötən dövr ərzində Azərbaycan Prezidentinin dəstəyi ilə və nəzarəti altında məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən tədbirlər və struktur dəyişiklikləri nəticəsində Azərbaycan Prokurorluğu demokratik dünya standartlarına uyğunlaşdırılmış, onun statusunu və cəmiyyətdə rolunu müəyyənləşdirən qanunvericilik bazası yaradılmış, prokurorluq dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil bir dövlət orqanına çevrilmişdir.

Xüsusi vurğulanmışdır ki, dövlətimizin başçısının “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncamı ilə, keçid dövrünü yaşayan respublikamızın obyektiv çətinliklərlə rastlaşdığı bir dövrdə prokurorluq işçilərinin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, onların maddi və sosial təminatlarının beynəlxalq standartlara uyğunlaşdırılması dövlət səviyyəsində göstərilən etimad və qayğının təzahürü kimi mühüm əhəmiyyət kəsb edir.

Z.Qaralov prokurorluq orqanlarının fəaliyyətinin respublika Prezidenti və Azərbaycan dövləti tərəfindən göstərilən yüksək etimada layiq səviyyədə qurulması, həyata keçirilən demokratik məzmunlu islahatların müvəffəqiyyətlə başa çatdırılması, hüquqi statusuna müvafiq olaraq fəaliyyət istiqamətləri üzrə prokurorluğun işinin səmərəliliyi və keyfiyyətinin daha da artırılması üçün bundan sonra da bütün mümkün tədbirlərin görüləcəyini vurğulamışdır.

Baş prokurorun və digər natiqlərin çıxışlarında belə bir inam ifadə olunmuşdur ki, son dövrdə radikal müxalifət qüvvələri tərəfindən respublikamızda ictimai-siyasi sabitliyin pozulmasına və cəmiyyətdə qarşıdurma yaradılmasına yönəldilmiş qanunsuz hərəkətlərin törədilməsinə baxmayaraq, qarşıdan gələn prezident seçkiləri Heydər Əliyevlə xalqın birliyinin, müdrik milli liderə ümumxalq sevgisinin təntənəsinə çevriləcəkdir.

Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə yekdilliklə müraciət qəbul edilmişdir.

RESPUBLİKA PROKURORLUQ ORQANLARININ YARADILMASININ85 İLLİK YUBİLEYİNƏ VƏ PROKURORLUQ İŞÇİLƏRİNİNPEŞƏ BAYRAMI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMİNİŞTİRAKÇILARI ADINDAN AZƏRBAYCAN PREZİDENTİHEYDƏR ƏLİYEVƏ M Ü R A C İ Ə T Möhtərəm cənab Prezident! Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bütün kollektivi adından Sizi dərin hörmət və ehtiramla salamlayır, ən xoş və səmimi arzularımı çatdırıram. Müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı kimi Sizin 1998-ci il 17 iyul tarixli Sərəncamınıza müvafiq olaraq, hər il oktyabr ayının 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi çox əlamətdar bir hadisədir. Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı dairə məhkəməsinin tərkibində yaradılmasının 85 illik yubileyini qeyd edən Prokurorluğun işçiləri peşə bayramlarını onlara yenidən bəxş etdiyinizə görə Sizə həmişə minnətdardırlar. Azərbaycanın dövlətçilik ənənələri ilə zəngin tarixi keçmişinə və milli dəyərlərinə hörmətin təzahürü olan bu Sərəncamınızla respublikanın prokurorluq orqanlarına dövlət qayğısı ifadə olunmuş, müstəqil və demokratik inkişaf yolu seçmiş cəmiyyətimizdə bu qurumun yeri və roluna münasibət bildirilmişdir. Prokurorluq işçilərinin peşə bayramının ilk dəfə qeyd edildiyi 1998-ci ilin noyabr ayının 28-də, Azərbaycan Respublikası Prokurorluğu orqanlarının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Sizin iştirakınızı və fəaliyyətimiz üçün uzunmüddətli proqram xarakteri daşıyan dərin məzmunlu geniş nitqinizi hər bir prokurorluq əməkdaşı bu gün də qürur hissi ilə xatırlayır. Həmin mərasimdə Sizin “Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” sözləriniz bütün prokurorluq əməkdaşlarında iftixar hissi doğurur. Cənab Prezident! Sizin müdrik rəhbərliyiniz altında son illər ərzində həyata keçirilmiş uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədiliyi, dönməzliyi və sarsılmazlığının möhkəm təməli qoyulmuş, respublikamızda dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunmaqla, vətəndaş cəmiyyətinin formalaşdırılması və qanunun aliliyini təmin edə biləcək demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu istiqamətində mütərəqqi islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi üçün real təminatlar yaradılmışdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli prokurorluq orqanlarının demokratik məzmunda tamamilə yenidən formalaşdırılması, prokurorluğun statusunu, cəmiyyətdə rolu və yerini müəyyənləşdirən və beynəlxalq standartların tələblərinə tam cavab verən qanunvericilik bazasının yaradılması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının rəhbəri kimi məhz Sizin gərgin və məqsədyönlü fəaliyyətiniz nəticəsində mümkün olmuşdur.

Sizin 2000-ci il aprel ayının 26-da respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirilən görüşdə Azərbaycan Respublikası Prokurorluğunda yaranmış böhranlı vəziyyətin hərtərəfli təhlilinə və mövcud vəziyyətdən çıxış yollarını müəyyənləşdirən rəhbər göstəriş və tövsiyyələrinizə müvafiq olaraq həyata keçirilmiş islahatlar və struktur dəyişiklikləri nəticəsində prokurorluğun mahiyyəti tamamilə demokratik dünya standartlarına uyğunlaşdırılmış, prokurorluq respublikanın digər hüquq-mühafizə orqanları ilə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərən, dövlətçiliyimizin əsaslarının, insan hüquq və azadlıqlarının müdafiəsinə, cinayətkarlıqla mübarizə işinə xidmət edən sivil bir dövlət orqanına çevrilmişdir.

“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli Sərəncamınızla keçid dövrünü yaşayan respublikamızın obyektiv çətinliklərlə rastlaşdığı bir dövrdə prokurorluq işçilərinin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, onların maddi və sosial təminatının beynəlxalq standartlara uyğunlaşdırılması Sizin tərəfinizdən və dövlət səviyyəsində göstərilən etimad və qayğının təzahürü kimi hər bir prokurorluq əməkdaşı üçün müstəsna əhəmiyyət kəsb edir.

Cənab Prezident!

Prokurorluq orqanlarında həyata keçirilən bütün tədbirlər, islahat və struktur dəyişiklikləri, kadr korpusunun sağlamlaşdırılması istiqamətində görülən işlər Sizin və Azərbaycan xalqının etimadına layiq olan demokratik məzmunlu və sivil bir prokurorluğun formalaşdırılması məqsədlərinə yönəldilmişdir.

Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivləri adından Sizi əmin edirəm ki, prokurorluq xalqımızın tərəqqisi naminə həyata keçirdiyiniz dövlət siyasətində həmişə Sizə yardımçı olacaq, fəaliyyətimizdə mövcud olan nöqsanların aradan qaldırılması qanunun aliliyinin, insan hüquq və azadlıqlarının real təmin olunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizənin səmərəliliyinin artırılması üçün bundan sonra da ən zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Cənab Prezident!

Xalqımız Azərbaycan Respublikası Prezidentinin seçkiləri kimi taleyüklü mühüm bir siyasi hadisənin ərəfəsindədir. Bütün məsuliyyətimlə əmin edirəm ki, Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bütün əməkdaşları bu siyasi tədbirin gedişində fəal vətəndaşlıq mövqeyi, böyük qurbanlar və zəhmətlər hesabına qazanılmış dövlətçiliyimizin və müstəqilliyimizin, sivil və mütərəqqi bir inkişaf yolu seçmiş xalqımızın bütün müvəffəqiyyətlərinin əsasını təşkil edən dönməz ictimai-siyasi sabitliyin təminatçısı olan Sizin müdrik dövlət siyasətiniz və Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbinin layiqli davamçısı, respublikanın Baş naziri İlham Əliyevin timsalında bu siyasətin daimiliyi ilə həmrəylik nümayiş etdirəcəklər. Qarşıdan gələn seçkilər əsası 1969-cu ildə qoyulmuş, 1993-cü ilin ikinci yarısından başlayaraq, 10 il ərzində bütün sınaqlardan keçməklə daha da möhkəmlənmiş Heydər Əliyevlə Azərbaycan xalqının birliyinin, müdrik milli liderə ümumxalq sevgisinin təntənəsinə çevriləcəkdir.

Hörmətlə,

Mərasim iştirakçıları adından Zakir Qaralov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub