DÜNYA


“Pabuk” qasırğası Tailandda insan tələfatına səbəb olub VİDEO

Bakı, 5 yanvar, AZƏRTAC

Ötən gün Tailandın cənub sahillərinə çatan “Pabuk” tropik qasırğasının törətdiyi fəsadlar nəticəsində bir balıqçı ölüb, digəri itkin düşüb.

AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, qasırğanın gətirdiyi güclü külək bölgədə ağacları kökündən qoparıb, binaların dam örtüyünü zədələyib. Sürəti saatda 80 kilometrə çatan küləkli hava şəraiti ilə əlaqədar ölkənin əsas turizm mərkəzlərindən olan Samuy adasına təyyarə və gəmi səfərləri təxirə salınıb, çimərliklər bağlanıb, dənizdəki neft buruqlarındakı heyət təxliyə edilib.

Təxminən 20 min turist qasırğa ilə əlaqədar istirahətini təxirə salmalı olub.

Bundan başqa, ölkənin cənub bölgəsində müşahidə olunan şiddətli yağışlar daşqınların yaranmasına səbəb olub. Bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bir neçə hava limanında uçuşlar təxirə salınıb. Pak Pananq rayonunda minə yaxın sakin xüsusi toplanış məntəqələrinə təxliyə edilib.

Ölkənin meteorologiya xidməti bir neçə vilayətdə, o cümlədən populyar turizm məkanlarından olan Puket və Krabidə son 30 ilin ən güclü qasırğası barədə ən yüksək dərəcədə xəbərdarlıq elan edib. Bildirilir ki, pis hava şəraiti bir neçə gün davam edəcək.

İqtisadi ekspertlər ümumi maddi ziyanı təxminən 160 milyon ABŞ dolları səviyyəsində qiymətləndirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.