CƏMİYYƏT


Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər davam etdirilir

Bakı, 4 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) respublikamızda pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirləri davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Azərpambıq ASK” MMC-nin Goranboy pambıq tədarükü məntəqəsində, “MKT İK” MMC-nin Zərdab filialında və “Kürdəmir Pambıq” ASC-də yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə həmin zavodların əməkdaşları iştirak ediblər.

Tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin iştirakçılar pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.