DÜNYA


Papua-Yeni Qvineya yaxınlığında 7,7 bal gücündə zəlzələ olub

Tokio, 15 may, AZƏRTAC

Papua-Yeni Qvineya yaxınlığında 7,7 bal gücündə zəlzələ olub.

AZƏRTAC Havay adalarında yerləşən Sakit okean Sunami Xəbərdarlığı Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Kokopo şəhərindən 28 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Qeyd edilir ki, dəniz səthində çalxalanma yaxın bir neçə saatda davam edib.

Əlavə olaraq bildirilir ki, sunami dalğaları yayılaraq İndoneziya, Yaponiya, Filippin və Sakit okeanda yerləşən digər ölkələrin sahillərinə 30 santimetr hündürlükdə çata bilər.

Xatırladaq ki, Papua-Yeni Qvineyada ötən ilin fevralında baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində 100-dən çox insan həlak olmuşdu.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.