İDMAN


“Paris-2024” Yay Olimpiya Oyunlarına ilkin hazırlıq barədə müzakirələr aparılıb

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələri və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıdakı planlardan danışıb, görüşün məqsədi barədə məlumat verib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşün gündəliyinə əsasən, 2023-cü il üçün büdcənin planlaşdırılması, tibbi məsələlər, idmançıların reytinq cədvəli, 2024-cü il Paris Yay Olimpiya Oyunlarına ilkin hazırlıq, V İslam Həmrəyliyi Oyunlarına, Dünya Oyunlarına, Avropa Yeniyetmələrin Olimpiya Festivalına hazırlıq, Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər və beynəlxalq idman qurumlarında təmsil olunma məsələləri müzakirə olunub. Həmçinin ölkə miqyaslı yarışların keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, məşqçi və hakimlər üçün seminarların təşkili, idmançıların Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təcrübəyə cəlb edilməsi və yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.