DÜNYA


Paris aeroportunun özəlləşdirilməsi ilə bağlı referendum keçirilməsi təklif olunub

Paris, 10 aprel, AZƏRTAC

Paris aeroportunun özəlləşdirilməsi ilə bağlı hökumət və deputatlar arasında fikir ayrılığı yaranıb.

AZƏRTAC xəbər verir ki, hökumət Paris aeroportunun özəlləşdirilməsi təklifini irəli sürüb. Bu təklif ölkədə birmənalı qarşılanmayıb. Fransanın 218 senator və deputatı aeroportun özəlləşdirilməsinə qarşı çıxaraq, bununla bağlı bölüşən “birgə təşəbbüs referendum”u keçirilməsini təklif ediblər. Referendumla bağlı hər iki palatanın deputatları imzatoplama kampaniyasına başlayıblar.

Qeyd edək ki, Fransa Konstitusiyasının 11-ci maddəsində “birgə təşəbbüs referendumu”nun təşkili üçün təklif olunan mövzu ilə bağlı beş deputatdan birinin və 10 seçicidən birinin (və ya 4.5 milyon) imzası tələb olunur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.