Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib VİDEO

Paris, 28 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hücum diplomatiyası tövsiyəsinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, silahlı separatçılıq siyasəti nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların, xüsusilə də mülki əhalinin məruz qaldığı etnik təmizləmə, qətliam və soyqırımı faktlarının sənədli materiallar əsasında beynəlxalq aləmə çatdırılması üzrə silsilə tədbirlər davam edir.

AZƏRTAC xəbər verir ki, bu silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyi və Dövlət Komissiyası Azərbaycan Mədəniyyət Mərkəzində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirib. Konfransda Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropada fəaliyyət göstərən Azərbaycan assosiasiyalarının təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər.

Konfransı səfirliyimizin müşaviri Vaqif Ağayev açaraq, Dağlıq Qarabağ münaqişəsi, onun ən qanlı səhifəsi olan Xocalı faciəsi haqqında məlumat verib. Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından söz açaraq torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu deyib. Bildirib ki, beynəlxalq hüquq normaları 28 ildir kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, Ermənistan onlara riayət etmir.

Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımının dünyada tanınması məqsədilə İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının aparılmasından danışıb. Diqqətə çatdırıb ki, bu kampaniya sayəsində bir çox ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb.

Xocalı soyqırımına məhz ümummilli lider Heydər Əliyevin sayəsində hüquqi-siyasi qiymət verilib.

Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edərək, ermənilərin Qafqaza köçürülməsi tarixindən danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bölgəyə gətirdiyi ağır humanitar problemlərdən söz açıb. Bildirib ki, erməni silahlı qüvvələri, terrorçu-quldur dəstələri azərbaycanlıları qətlə yetirərək tarixi-etnik torpaqlarından didərgin salıblar. Azərbaycanın işğal olunmuş ərazilərindən əsir və girov götürülmüş mülki əhaliyə qeyri-insani münasibət göstərilib, işgəncələr verilibdir. O, əsir və girovlara verilən işgəncələrdən danışaraq Cenevrə Konvensiyasının bir çox maddələrinin pozulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistan hərbçilərinin əsir və girov götürülmüş azərbaycanlılarla davranışları və əsirlərin saxlanma şəraiti beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu göstərir. Cenevrə konvensiyalarının ziddinə olaraq, müxtəlif məlumatların əldə edilməsi üçün əsirlərə dəhşətli işgəncələr verilib. Əsir və girovlar üzərində tibbi və digər eksperimentlər aparılıb. Əsir-girovların hədə-qorxu və şantaj vasitəsilə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsindən, Azərbaycana qarşı terror-təxribat törədilməsindən danışıb.

Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsinin Xocalı soyqırımı olduğu vurğulanıb. E.Səmədov Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib. Ermənistanın 12 avqust 1949-cu il Cenevrə Konvensiyaları ilə yanaşı, beynəlxalq hüquq norma və prinsiplərini pozaraq, insanlığa və bəşəriyyətə qarşı cinayət əməllərini davam etdirdiyini bildirib.

“Azərbaycan 2016-cı ildə əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi barədə beynəlxalq təşkilatların vasitəçiliyi ilə təklif irəli sürsə də, Ermənistan Respublikası humanitar məsələdən siyasi məqsədləri üçün istifadə etməyə uğursuz cəhdlərini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyi, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi bütün görüşlərdə ölkəmizin bu humanist mövqeyini dəfələrlə ifadə edibdir”, - deyə E.Səmədov söyləyib.

Bildirib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb və Azərbaycanın mövqeyini bir daha vurğulayıb. Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının-hamıya” prinsipi ilə bütün əsir və girovların azad edilməsinin vacibliyini bir daha vurğulayıb.

E.Səmədov çıxışının sonunda bildirib ki, beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı sadaladığı faktların tarixi və hüquqi məsuliyyəti Ermənistanın üzərində qalır.

Çıxışlardan sonra Dövlət Komissiyasının materialları əsasında hazırlanan, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, qətl və işgəncə faktlarını əks etdirən fransız dilində “Bitməyən əzab” sənədli filmi nümayiş olunub.

Müxtəlif dövrlərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayət əməlləri, o cümlədən terror, soyqırımı, vandalizm, əsir və girovlara münasibətdə beynəlxalq hüququn normalarının və hüquqların pozulması və digər faktları əks etdirən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqələr Dövlət Komissiyası tərəfindən müxtəlif dillərdə hazırlanmış kitab, broşür, elektron və digər əyani vəsaitlər, eləcə də “Bitməyən əzab” sənədli filminin diskləri tədbir iştirakçılarına paylanılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur