ELM VƏ TƏHSİL
Paytaxt məktəblilərinin iştirakı ilə onlayn aksiya: Evdə qal, idmansız qalma
Bakı, 14 iyul, AZƏRTAC
Paytaxt məktəblilərinin iştirakı ilə onlayn “Evdə qal, idmansız qalma” aksiyası keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən aksiya layihənin əhatə etdiyi məktəblərin şagirdləri arasında təşkil olunur.
Aksiyasının əsas məqsədi şagirdlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və idmana olan marağın artırılması, həmçinin ictimaiyyətin diqqətinin xüsusi karantin rejimi qaydalarına yönəldilməsindən ibarətdir. Aksiya çərçivəsində “Məktəblinin dostları” və idmanı sevən bütün şagirdlər evdə etdikləri müxtəlif idman hərəkətlərini videoçarx şəklində hazırlayıb estafeti digər məktəblilərə ötürürlər.
Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına riayət etməklə, koronavirusa yoluxma riskini azaltmağa çağırırlar.