CƏMİYYƏT


Paytaxt sakinindən yarım kiloqramdan çox heroin aşkarlanaraq götürülüb

Bakı, 18 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini M.Əsədov Sabunçu rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 53 qram, Bakıxanov qəsəbəsindəki evindən isə 515 qram heroin, 505 qram metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.