CƏMİYYƏT
Paytaxtda quldurluq edən keçmiş məhkum saxlanılıb
Bakı, 17 avqust, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə avqustun 14-də Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini X.Rəhimovun idarə etdiyi “KIA” markalı avtomobilə sərnişin qismində əyləşən bir nəfərin bıçaqla onu hədələyib 200 manatını alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]