SİYASƏT


Paytaxtımızda yaşanan bayram şənliyinin fotoobyektivdə əks olunmuş anları - FOTOSESSİYA

Bakı, 10 noyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra Qarabağ savaşında şanlı qələbəmizi qeyd etmək üçün Bakının küçə və meydanlarına çıxan paytaxt sakinlərinin bayram şənliyi bu gün gecə saatlarınadək davam edib. İnsanlar bütün gün boyu tarixi Qələbədən doğan sevinc və qürur hisslərini paylaşıb, xalqımıza bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Vətəni, Qarabağı, qəhrəman Azərbaycan əsgərini tərənnüm edən mahnılar, şux rəqslər bayram şənliklərinə xüsusi ovqat qatıb.

AZƏRTAC noyabrın 10-da paytaxtımızda yaşanan mənzərələrin əks olunduğu daha bir fotosessiyanı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.