İQTİSADİYYAT


Paytaxtın Molla Cümə və ətraf küçələrdə müasir yol infrastrukturu yaradılır

Bakı, 17 aprel, AZƏRTAC 

Bakının Nərimanov rayonu ərazisində 6 kilometrlik küçələrdə müasir yol infrastrukturu yaradılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni və müasir yol infrastrukturunun Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri aparılır. Sözügedən küçələrdə yeni yol yatağı və yol əsası inşa edilir. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir və kənarlarına yeni səki daşları düzülür. Bundan başqa, Molla Cümə küçəsində mövcud yol ayrıcı və dairə də sökülərək yenidən qurulur, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq, küçələr boyu zəruri yerlərdə yeni asfalt-beton örtüyü salınacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Layihə çərçivəsində, küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması, yol kənarlarında xüsusi parklanma yerlərinin və avtobuslar üçün “cib”li dayanacaqların qurulması, yaşıllıq zolaqlarının salınması da nəzərdə tutulur.

İşlərin payız aylarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.