İQTİSADİYYAT
Paytaxtın metallurgiya sənayesində 265,2 milyon manatlıq məhsul istehsal olunub
Bakı, 30 avqust, AZƏRTAC
Cari ilin ilk 7 ayında Bakının metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 265,2 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 35,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 32 faiz artım müşahidə edilib.
Bundan başqa, əvvəlki ilin müvafiq dövrünə nisbətən alüminium çubuqlar, millər və profillərin istehsalı 7,3 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 73,4 faiz, armaturun istehsalı 31,1 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 63,6 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]