İQTİSADİYYAT
Paytaxtın ticarət dövriyyəsinin həcmi artıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 17 milyard 506,6 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 9 milyard 676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 7 milyard 830,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:37]
Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq
- 10.05.2024 [18:41]
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir
- 10.05.2024 [18:39]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]