ELM VƏ TƏHSİL
Pedaqoji əməkdaşlıq prosesində ünsiyyətin təşkili ilə bağlı müzakirələr aparılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimlərini davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti təlim “Pedaqoji əməkdaşlıq prosesində ünsiyyətin təşkili” mövzusuna həsr edilib. İyirmi dörd akademik saatı əhatə edən təlimin əsas məqsədi pedaqoji ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş strategiyaların öyrədilməsidir.
Təlim müddətində kommunikasiya və əməkdaşlıq bacarıqlarının genişləndirilməsi, ünsiyyət prosesində emosional intellektin rolu, verbal və qeyri-verbal ünsiyyət vasitələri, ünsiyyət zamanı dinləmə bacarığının əhəmiyyəti və konfliktlərin idarə olunması yolları barədə interaktiv müzakirələr aparılıb. Eyni zamanda, iştirakçılar bir sıra praktik üsullardan istifadə qaydaları ilə tanış olublar.