İDMAN
Pencak-silat üzrə Azərbaycan millisi Hollandiyaya yollanıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Pencak-silat üzrə Azərbaycan millisi Hollandiyaya yollanıb. Yığmamız oktyabrın 11-dən 15-dək Haaqa şəhərində keçiriləcək açıq Avropa çempionatında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək. Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışacaqlar. Gənclərin yarışında isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə birincilik uğrunda mübarizə aparacaqlar.
Milli komandamız yarışda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]