QAN YADDAŞI


Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Vaşinqton, 1 mart, AZƏRTAC

Perunun paytaxtı Lima şəhərində yerləşən Azərbaycan diplomatik nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Peru Konqresində Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Konqresin beynəlxalq əlaqələr daimi komissiyasının sədr müavini, eləcə də Türkiyə, Ukrayna, Mərakeş səfirləri və diplomatik korpusun digər üzvlərinin iştirakı ilə keçirilmiş tədbirdə ilk olaraq Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfirliyin birinci katibi Mehdi Məmmədov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında tədbir iştirakçılarına məlumat verib, Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olduğunu, bu faciəyə bir çox dünya ölkələrinin parlamentləri tərəfindən gərəkli hüquqi və siyasi qiymətin verildiyini bildirib və bu xüsusda, 2013-cü ildə Peru Konqresində də Xocalı soyqırımını rəsmi qaydada tanıyan sənədin qəbul edilməsinə görə Peru tərəfinə təşəkkürünü ifadə edib.

Sonra Peru Konqresindəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gilyermo Aliaqa və beynəlxalq əlaqələr daimi komissiyasının sədr müavini Monika Saavedra Oçaran çıxış edərək Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı bildiriblər. Perunun bu faciə ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü söyləyən G.Aliaqa, Konqres tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar yayılmış bəyanatın mətnini iştirakçılara çatdırıb.

Sonda iştirakçılara Xocalı soyqırımı haqqında qısametrajlı sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.