ELM VƏ TƏHSİL


Peşə məktəblərində təhsil alanların sayı artıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 111 peşə təhsil müəssisəsində 23 min 965 nəfər təhsil alır. 2001-ci ildə peşə təhsil müəssisələrinin sayı 100, bu məktəblərdə oxuyanların sayı isə 22 min 944 olub.

AZƏRTAC xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin peşə təhsil müəssisələrində 1635 müəllim çalışır ki, bunun da 1139-u qadındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.