ELM VƏ TƏHSİL


“Peşə seçiminin əhəmiyyəti və ona təsir edən amillər” - təlim

Bakı, 19 may, AZƏRTAC

Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili fəaliyyətləri çərçivəsində Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Səlimə Quliyeva İ.Tağıyev adına 26 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Peşə seçiminin əhəmiyyəti və ona təsir edən amillər” mövzusunda təlim keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, interaktiv üsulların tətbiqi ilə keçirilən təlimdə S.Quliyeva şagirdlərə peşə təhsilinin insan həyatındakı rolu, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar barədə məlumat verib.

Təlim zamanı peşə maraqlarını müəyyənləşdirmək məqsədilə testləşmə aparılıb, hər bir şagirdə təlim kitabçası və test sualları təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.