Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Peyklərimiz necə idarə olunur? “Azərkosmos”dan reportaj VİDEO

Bakı, 30 yanvar, Sevinc İsgəndərova, AZƏRTAC

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın və Qafqazın ilk peyk operatorudur. Müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərmək məqsədilə qurumun fəaliyyəti beynəlxalq standartlar səviyyəsində qurulub. “Azərkosmos” təsis edildiyi gündən etibarən Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

“Azərkosmos”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Aysel Soltanova AZƏRTAC-ın müxbiri ilə söhbətində şirkətin yaranmasından və fəaliyyət istiqamətlərindən danışıb. Şirkət Prezident İlham Əliyevin 3 may 2010-cu il tarixli Sərəncamı əsasında yaradılıb, 2013-cü ilin fevralın 8-də fəaliyyətə başlayıb. A.Soltanova bildirdi ki, “Azərkosmos”un birbaşa iştirakı ilə fəzaya buraxılan ilk peykimiz - “Azerspace-1” Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda mühüm rol oynayır.

Peyklərin idarə olunması mərkəzi

“Azərkosmos”un peyk əməliyyatlarının idarə olunması mərkəzi həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərir. Peyk Əməliyyatları qrupunun rəhbəri Dunay Bədirxanov burada 40-dan çox texniki işçinin çalışdığını bildirib. O qeyd edib ki, peyk əməliyyatlarının əsas məqsədi peykə ayrılmış 46 dərəcə şərq uzunluğunda qalması, peykin sazlığı və faydalı yükünün müştərilərin istəyinə uyğun olaraq konfiqurasiya olunmasıdır. 2014-cü ildə “Azərspace-1” peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması peykin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, Əfqanıstan, ərəb ölkələri bazarında fəaliyyət göstərməsinə optimal şərait yaradıb. Teleradio və telekommunikasiya xidmətləri vasitəsilə 24 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildə irəliyə doğru atılan uğurlu addımlardan hesab olunur. Qeyd edək ki, 2014-cü ildə “Azerspace-1” peyki vasitəsilə 13-ü yerli kanal olmaqla 124 yerli və əcnəbi kanal yayımlanıb. 2013-cü il ərzində “Azerspace-1” peykinin peyk tutumlarının satışından əldə etdiyi gəlir 10 milyon ABŞ dolları, 2014-cü ildə isə 13 milyon ABŞ dolları olub.

Yerli kadrlar

Ötən dövrdə “Azərkosmos”da yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Texniki heyət mərhələli şəkildə ABŞ-da və Malayziyada müxtəlif kurs və təlimlərdə iştirak edib. Əsas məqsəd “Azərspace-1” peykinin idarə və istismar edilməsinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin etməkdir. Səhmdar cəmiyyətin İnsan resursları şöbəsinin müdiri İnarə İbrahimxəlilova hazırda qurumun 99 faiz işçilərinin yerli kadrlardan ibarət olduğunu bildirib. Bu gün “Azərkosmos” ASC əsasən data və media xidmətlərinin göstərilməsində fəal rol oynayır. Buna misal olaraq, Türkiyə Prezidentinin andiçmə mərasimi, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kubokunun “Azerspace-1” peykinin periodik tutumundan istifadə etməklə canlı yayımlanmasını göstərmək olar. Həmçinin bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar olaraq, “Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq bu peyk vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi haqqında imzalanan müqavilə buna misal ola bilər. “Azərkosmos”un yerləşdiyi ərazidə “Azərspace-1”ə nəzarəti həyata keçirmək üçün bütün imkanlar var. Burada peykin idarə olunması üçün müxtəlif təyinatlı antenalar quraşdırılıb.

3-cü peyk üçün hazırlıq

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Yerüstü sistemlərə xidmət qrupunun rəhbəri Emil Abbasovun sözlərinə görə, qrupun işi peykə göndərilən komandaların davamlılığını təmin etmək, peykin orbitdə izlənməsi və avadanlıqların sazlığına nəzarətdir. Hazırda Azərbaycanın “Azerspace-1” peykindən başqa, həm də 2014-cü ilin iyununda orbitə buraxılan, yeni adı “Azersky” olacaq “Spot 7” Yer səthinin məsafədən müşahidə peyki var. Peyk “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında 2 dekabr 2014-cü ildə imzalanmış müqaviləyə əsasən “Azərkosmos” ASC-yə təhvil verilib. Bu müqavilə “Bakutel 2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb. Prezident peykdən ilk simvolik görüntünü əldə etməklə “Azersky” peykinin kommersiya fəaliyyətinə start verib. Qeyd edək ki, Azərbaycanın sayca 2-ci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” geniş tətbiq sahələrinə malikdir. Hazırda “Azerspace-2” adlı ikinci telekommunikasiya peykinin texniki parametrlərinin müəyyənləşdirilməsi və peyki istehsal edəcək şirkətin seçilməsinə dair tenderə hazırlıq işləri gedir. “Azerspace-2” peykinin 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır. Bu peykin “Azerspace-1”in orbitdəki ehtiyatı kimi istifadə olunacaq və bu da müştərilərə davamlı və etibarlı xidmət göstərilməsinə imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur