CƏMİYYƏT


Pirallahı rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı Pirallahı qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Azər Şahşinov tutularaq istintaqa təqdim edilib.

Onun üzərində şəxsi axtarış aparılan zamanı həmin şəxsdən külli miqdarda heroin, metamfetamin, satışı qadağan edilən psixotrop tərkibli tramadol və preqabalın həbi, eləcə də bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Azər Şahşinov ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxsin ətrafında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.