CƏMİYYƏT


Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 9 iyun, AZƏRTAC

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa qapısında gizlədilmiş, üzərində “Petards” yazısı olan 250 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.