İDMAN


Pol Poqba “Real”ın bir nömrəli transfer hədəfidir

Bakı, 14 iyun, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” futbol klubunun fransalı yarımmüdafiəçisi Pol Poqba karyerasını İspaniyanın “Real” komandasında davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, “Real”ın baş məşqçisi Zinedin Zidan Madrid klubunun rəhbərliyindən 26 yaşlı fransızı almağı tələb edir. Bundan əlavə, Zidan “Tottenhem”in danimarkalı yarımmüdafiəçisi Kristian Eriksenin alınması variantına baxmaqdan imtina edib.

Ötən mövsümdə Pol Poqba “Mançester Yunayted”in heyətində 47 matç keçirib, bu oyunlarda 16 qol vurub, 11 səmərəli ötürmə edib.

“Mançester Yunayted”ə 2016-cı ildə İtaliyanın “Yuventus” komandasından keçmiş fransız futbolçu İngiltərə klubunun heyətində 142 matç keçirib, bu oyunlarda 31 qol vurub, 29 səmərəli ötürmə edib. Poqba bu klubun heyətində Avropa Liqasının və İngiltərə Liqası Kubokunun qalibi olub.

2018-ci ildə bu yarımmüdafiəçi milli yığmanın heyətində dünya çempionu olub. Fransa komandasının heyətində keçirdiyi 67 görüşdə Poqba 10 qol vurub.

Ötən mövsümdə “Mançester Yunayted” İngiltərə çempionatında 66 xal toplayaraq 6-cı yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.