İDMAN


Pol Poqbanın agenti: “Barselona” klubu ilə danışıqlar yekunlaşmaq üzrədir

Bakı, 6 avqust, AZƏRTAC

Fransa millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqbanın agenti Mino Rayola futbolçunun “Barselona”ya transferi ilə bağlı danışıqların yekunlaşmaq üzrə olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Mina Rayola Katalonya təmsilçisi ilə danışıqlardan sonra “Mançester Yunayted” klubunun rəhbərliyi ilə də görüşəcək.

Transfer baş tutacağı təqdirdə “Barselona” İngiltərə təmsilçisinə 100 milyon funt sterlinq (112 milyon avro) ödəyəcək.

Daha əvvəl yayılan xəbərlərə görə, P.Poqba baş məşqçi Joze Mourinyonun xahişini rədd edərək istirahətini yarımçıq buraxmayıb. Bu da futbolçu ilə baş məşqçinin münasibətlərində soyuqluğa səbəb olub.

P.Poqbanın “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq. O, bu kluba 2016-cı ildə 94,5 milyon funt sterlinq (105 milyon avro) müqabilində “Yuventus”dan transfer edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.