CƏMİYYƏT


Polis əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Bakı, 26 iyun, AZƏRTAC

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən tədbirlər qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Ramin Eyyubovun evinə baxış zamanı oradan çəkisi iki kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları Göydəlləkli kəndindən çəkisi 1 ton olan 2134 ədəd, Ağdaş

Rayon Polis Şöbəsinin əməkdaşları isə Ağzıbir kəndindən çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.