CƏMİYYƏT


Polis metropolitendə kütləvi maarifləndirmə tədbirləri keçirib

Bakı, 27 yanvar, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə metrodan istifadə edən sərnişinlər arasında profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları Bakı Metropoliteninin stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlərlə profilaktiki söhbətlər aparılıb. Tədbir çərçivəsində qaydalara əməl etməyən şəxslər barəsindən inzibati cəza protokolu tərtib olunmayıb.

Metropolitendə Polis Şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları tibbi maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “tibbi maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.

Profilaktiki tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.