Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Prezident İlham Əliyevin qətiyyəti, incə diplomatiyası Ermənistanı və vasitəçiləri konkret nəticəyə fokuslandırır

Politoloq: Prezident İlham Əliyevin qətiyyəti, incə diplomatiyası Ermənistanı və vasitəçiləri konkret nəticəyə fokuslandırır

Bakı, 1 sentyabr, AZƏRTAC

Brüssel görüşünün nəticəsini dəyərləndirmək üçün, ilk növbədə, tərəflərin Avropanın siyasi mərkəzinə necə üz tutduğunu vurğulamaq lazımdır ki, əldə olunan nəticənin mahiyyətinin nədən ibarət olduğunu bilib, məhz səbəb-nəticəyə əsaslandığının şahidi olasan. Ötən müddət ərzində Ermənistan üçtərəfli Bəyanatda nəzərdə tutulan bəndlərin birbaşa manipulyasiyası ilə məşğul olur, sülh müqaviləsini sabotaj edir, bununla birlikdə və ya dolayı yollarla ayrılıqda müəyyən üsul və vasitələrlə Azərbaycanın qarşısına maneələr çıxartmağa çalışırdı. Azərbaycan tərəfindən isə üçtərəfli Bəyanat icra olunur, lazımi məqamda “Qisas” kimi uğurlu antiterror əməliyyatı həyata keçirilir. Yəni, Ermənistan hərbi-siyasi yolla sülhə məcbur edilirdisə, digər tərəfdən də mövqeyimizin nədən ibarət olduğunu diplomatik masada tərəflərə aydın izah edirik, dünyaya sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdiririk. Bir sözlə, işlərə fasilə vermir, bir-birinin ardınca düzülən hədəflərdən yayınmır, Ermənistanı və vasitəçiləri konkret nəticəyə fokuslandırır, hər hansı bir antitəfəkkürlü qüvvələrə isə mane olmaq üçün əsas vermirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan sonuncu Brüssel görüşü də bir daha Azərbaycanın siyasi-diplomatik uğuru ilə nəticələndi. Belə ki, görüş əsnasında Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər cəhd etsə də ki, konkret nəticələrin əldə edilməsinə mane olsun, buna nail ola bilmədi. Daha dəqiq desək, “status”, “Dağlıq Qarabağ”, “ATƏT-in Minsk qrupu” kimi ifadələrin yenidən dövriyyəyə cəlb edilməsi, etdirilməsi xəyalları yenə puça çıxdı. Yəni, proseslərin geriyə dönüşünün olmadığı kimi qarşısının da alınmasının mümkünsüzlüyünü bu görüş bir daha sübut etdi.

“Azərbaycan masada şərtləri diktə etdi, Ermənistan isə əliboş getdi, əliboş da qayıtdı. Sonda alınan qərarlarla Brüssel göstərdi ki, konkretlik ortaya qoymaqla vasitəçilikdə qərarlı və qətiyyətlidir. Sülh razılaşmasının ayrı bir abzas kimi görüşün nəticələrinə salınması və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırığın verilməsi göstərdi ki, Brüssel konkretlik mərhələsini sürətləndirib, bunu inteqrasiya mərhələsinə keçirir. Məhz bu konkretliyin olması irəliyə doğru əsaslı dönüşdür. Bu nəticə isə Azərbaycanın koordinasiyalı, rabitəli, gərgin, sistemli səylərinin nəticəsidir. Bu gün Azərbaycana, onun Liderinə olan rəğbət, ehtiram, ən əsası etimad göz önündədir. Buna isə Azərbaycan illər ərzində yürütdüyü etibarlı tərəfdaş imici ilə yiyələnib. Bu mövcud amil bundan sonrakı bütün mərhələlərdə proseslərin müsbət və sürətli inkişaf dinamikasında əsas zəmin rolunda çıxış edəcək”, - deyə politoloq diqqətə çatdırıb.

“Nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri nəzərdən keçirdik” kimi ifadənin yer alması ən diqqətçəkən məqamlardan biridir. Bu ona dəlalət edir ki, ilk dəfə həllini gözləyən bəzi məsələlər üzrə vasitəçilik işində hansının daha maraqlı ya da dominant tərəf olduğu ifadə olunur. Bu isə Cənubi Qafqazda mümkün sülhün əldə edilməsi ilə bağlı Brüsselin və Moskvanın prioritet fokuslandığı məsələlər üzrə ayrılıqda öz baxışlarının olduğunu deməyə əsas verir. Avropanın isə siyasi dəst-xəttində daha fokuslu olduğu məsələlər, humanitar məsələlər, cəmiyyətlərarası inteqrasiyadır ki, bu baxımdan da hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamağın vacibliyi ifadə olundu. Növbəti diqqətçəkən məqam Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinməsi idi. Düşünürəm ki, Brüssel bu məsələdə də alternativlik qazanmaqda qətiyyətli olduğunu göstərir. Yəni, Brüsselin vasitəçiliyi ilə həm də bu məsələlərlə bağlı görüşlərin mütəmadi xarakter daşıması və daşıyacağının bildirilməsi onu göstərir ki, Brüssel nəbzi əlində saxlamaqda qərarlıdır.

Regionda və regionun hüdudlarından kənarda coğrafi-geosiyasi amillərə, dəyərlərə baxışlarına görə qonşularla, regional və qlobal güclərlə uyğun olmayan fikirlərə malik olunsa da bütün bu geostrateji ambisiyaların fərqliliyi reallığında Azərbaycan rəqabəti balanslaşdırır, toqquşan maraqları stabilləşdirir və nəticə etibarilə milli maraqlarını təmin edir. Əsas odur ki, hadisələrin gedişini qabaqlamaq, ya da qarşısını almaq daha mümkün deyil. Azərbaycan bilavasitə və dolayı yollarla xarici siyasətdə atacağı addımlarda süni gərginliyin tətbiq olunması ilə təzyiq və təsirləri aradan qaldırmağa, onları neytrallaşdırmağa məharətlə və qətiyyətli bir şəkildə nail olur. Prezident İlham Əliyevin əsas fokusunun aktorların öz sferalarını genişləndirmək cəhdlərindən milli maraqlarımızın təmin edilməsini qətiyyətlə realizə etməsinin olduğu aydın görünür. Bu mərhələdə və vəziyyətdə isə Ermənistanın yeganə yolu beynəlxalq hüquqa söykənərək konstruktiv marşrut üzrə irəliləməkdir. Beynəlxalq hüququn özü isə tarixi faktları tələb edir, onu irəli sürür. Bu mənada Azərbaycan məhz tarixi torpaqlarını, məhz beynəlxalq hüquq çərçivəsində işğaldan azad etdiyi üçün indi də bütün şərtləri məhz bu prizmadan həm də qalib tərəf kimi diktə edir. Bu baxımdan da dövlətimizin əldə etdiyi qələbə fundamentaldır, əsaslıdır və belə olduğundan o, yeni qələbələrə, əməkdaşlıq formatlarına, müttəfiqlik münasibətlərini dərinləşdirməyə imkan verir ki, bu amilin qarşısında heç bir regional və beynəlxalq aktor duruş gətirə bilmir. Prezident İlham Əliyevin qətiyyəti, incə diplomatiyasi Ermənistanı və vasitəçiləri konkret nəticəyə fokuslandırır”, - deyə Şəbnəm Həsənova vurğulayıb.

Onun sözlərinə görə, inkişaf strategiyası ilə regional iqtisadi məkanın dərinləşməsi arasında birbaşa əlaqə mövcuddur. Cənubi Qafqazda bunun təmin edilməsi isə bilavasitə Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən asılıdır. Sülh müqaviləsi də Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Regional inteqrasiya, regional və qlobal əməkdaşlıq üçün strateji vektor olmasından ibarət olan həm bu sənədin mərkəzi tezisinin, həm də bundan sonra atılacaq addımların beynəlxalq hüquqa, tarixi faktlara, reallıqlara, konstruktivliyə və dövlətlərin illər ərzində formalaşdırdığı imicə əsas vurğu etməsi məqsədə uyğundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb