DÜNYA


Polşa dünyanın ən dərin hovuzunu inşa edir

Varşava, 24 iyul, AZƏRTAC

Polşa dünyanın ən dərin hovuzunu inşa edir.

AZƏRTAC xəbər verir ki, hovuzun dərinliyi 45 metr olacaq. 27 ədəd olimpiya baseyninin suyunu tutacaq hovuzun avqustda istifadəyə veriləcəyi nəzərdə tutulur.

Hovuz dərinə dalma ( dayving ) idman növü ilə məşğul olanlar üçün düşünülüb. Həmçinin dərinlikdə qoruyucu şüşələr arxasında kafe, mehmanxana və konfrans zalları da inşa olunacaq ki, bu da idmançıları seyr etməyə imkan verəcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.