DÜNYA


Polşa hökuməti yenidən quru sərhədlərini ciddi nəzarətə götürür

Varşava, 10 fevral, AZƏRTAC

Polşa hökuməti sərhədlərini müddətli olaraq ciddi nəzarətə götürəcək.

AZƏRTAC xəbər verir ki, buna səbəb fevralın 13-14-də ölkədə keçiriləcək Yaxın Şərqdə təhlükəsizlik sammitidir. Sammit ABŞ ilə ortaq reallaşdırılacaq.

Ölkəyə girişdə viza tələb olunan sakinlərlə yanaşı, viza tələb olunmayan Şengen zonasının vətəndaş və rezidentləri də ciddi yoxlamadan keçəcəklər. Polşa Daxili İşlər Nazirliyinin və Sərhəd Xidmətinin rəsmi məlumatlarında bildirilir ki, nəzarət fevralın 10-dan 16-dək həyata keçiriləcək. Həmçinin Varşavada həmin müddətdə icazəli silahın daşınması da qadağan olunub. Bununla bağlı ölkənin Baş naziri xüsusi sərəncam imzalayıb.

Polşa bu cür müdafiə və yoxlama tədbirlərini son illərdə ölkədə baş tutan bütün beynəlxalq əhəmiyyətli tədbirlər zamanı tətbiq edir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.