CƏMİYYƏT


Polşa koronavirusla mübarizəyə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib VİDEO

Bakı, 25 may, AZƏRTAC 

Yeni növ koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi məqsədilə Polşa hökumətinin qərarına əsasən iyunun 25-də bu ölkə Azərbaycana humanitar yardım göndərib.

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski AZƏRTAC-a müsahibəsində iki ölkə arasında sıx əlaqələrin olduğunu bildirib. Qeyd edib ki, göndərilən humanitar yardım bu əlaqələrin göstəricilərindən biridir. Polşa və Azərbaycan prezidentləri arasında dostluq münasibətləri mövcuddur.

Səfir göndərilən humanitar yardımın Azərbaycanın koronavirusla mübarizə işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.