ELM VƏ TƏHSİL


Polşanın Ali Biznes Məktəbinin kollektivi Azərbaycan haqqında məlumatlandırılıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Dombrova Gurniça şəhərində fəaliyyət göstərən Ali Biznes Məktəbinin dəvəti ilə yeni tədris ilinin açılışında iştirak edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Həsən Həsənov Azərbaycanın tarixi və müasir dövrü haqqında məlumat verib. Səfir, həmçinin 2018-ci ildə Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illik yubileyinin qeyd ediləcəyini vurğulayaraq, təntənəli tədbirlərdən birinin Ali Biznes Məktəbi ilə birgə təşkil oluna biləcəyini diqqətə çatdırıb. Həsən Həsənovun təklifi Ali Biznes Məktəbinin rektoru professor Zcislava Datsko-Pikieviç tərəfindən müsbət qarşılanıb və birgə tədbirin təşkilinə razılıq verilib.

Görüşün sonunda Ali Biznes Məktəbinin kitabxanasına səfirlik tərəfindən polyak dilində nəşr edilmiş, Azərbaycanın tarixinə, mədəniyyətinə və dilinə həsr olunmuş 40-dan çox kitab hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.