DÜNYA


Portuqaliya şirkəti yanğınlara qarşı mübarizə aparan süni intellekt yaradıb

Lissabon, 12 mart, AZƏRTAC

Portuqaliyanın “Compta” şirkətinin yanğınlara qarşı mübarizə aparan unikal proqram təminatı ABŞ-da keçirilən nüfuzlu “ IBM Watson Build” müsabiqəsinin qalibi olub. “Bee2FireDetection” adlı servis süni intellektə malikdir və yanğın ocaqlarını aşkar edən ilk proqram təminatıdır.

“Compta” şirkətinin başçısı Jorj Delqadonun sözlərinə görə, bu texnologiya dünyaya yeni reallıq bəxş edəcək. Süni intellekt yanğınlara qarşı mübarizədə insanlara kömək edəcək.

Verilən məlumata görə, müsabiqəyə dünyanın hər yerindən 400 layihə göndərilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.