CƏMİYYƏT


Portuqaliyada plastik butulkalar pulla geri alınacaq

Lissabon, 23 iyul, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Portuqaliya hökuməti plastik kütlə istehlakının azaldılması istiqamətində daha bir addım atıb. Əgər əvvəllər söhbət bazarlıq üçün paketlərdən, içmə çöplərindən, meyvə-tərəvəz və bişinti üçün qablardan gedirdisə, indi növbə içərisində daha çox su, şirə və alkoqolsuz içkilər olan ştrix-kodlu termoplastik polimer konteynerlərə çatıb. Butulkaların geri qaytarılması üçün mükafat onun həcmindən asılı olaraq 2-5 sent civarında olacaq. İstehlakçı ilin sonuna qədər vauçer şəklində qazanc əldə etməyə başlayacaq.

Bu təşəbbüs ətraf mühitin vəziyyətini yaxşılaşdırmaq və emal olunmayan məhsulların istifadəsini azaltmaq məqsədi daşıyır.

Portuqaliya hökumətinin ətraf mühitin mühafizəsi istiqamətində daha bir addımı avtoparkın elektromobillərlə əvəzlənməsini, habelə çirkləndirici məhsulların çoxuna vergilərin kəskin artırılmasını nəzərdə tutur.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.