DÜNYA


Prezident Emmanuel Makron daxili işlər nazirinin istefasını qəbul etməkdən imtina edib

Paris, 2 oktyabr, AZƏRTAC 

Fransa prezident Emmanuel Makron daxili işlər nazirinin istefasını qəbul etməkdən imtina edib

Fransanın “Franceinfo” portalının verdiyi məlumata əsasən, ölkənin daxili işlər naziri Jerard Kollomb ölkə prezidentinə istefa ərizəsi verdiyini bildirib. Ancaq prezident E.Makron onun istefasını rədd edib. Ona etibar etdiyini bildirib.

Qeyd edək ki, sentyabrın 18-də J.Kollomb 2019-cu ilin may ayında yenidən Lyon şəhərinin meri vəzifəsinə qayıdacağını bildirib, həmçinin sentyabrın 6-da Daxili İşlər Nazirliyində bir qrup jurnalistlə nahar zamanı ölkə prezidentinə qarşı da tənqidi fikir səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.