Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev 330/220/110 kilovoltluq “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub YENİLƏNİB 2 VİDEO

Dövlətimizin başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rola malikdir. “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası, ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltuq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının enerjisistemə inteqrasiyasının 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.

Ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin elektroenergetika sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması konkret vəzifə olaraq qarşıya qoyulub. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir.

Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının təməlini qoydu.

Qeyd edək ki, bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.

“Qobu” Enerji layihəsi, o cümlədən 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb. Bu layihənin icrası digər sosial məsələdə də əhəmiyyəti ilə seçilir. Belə ki, “Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının işə salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən artıq yeni iş yeri yaradılacaq.

Sonra Prezident İlham Əliyev energetiklərlə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda - 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq.

Bütövlükdə bu stansiyanın çox böyük əhəmiyyəti var. Çünki bu stansiyanın timsalında biz müasir Azərbaycanın ümumi inkişafını görürük. Burada ən müasir texnologiyalar tətbiq ediləcəkdir. Dünyanın aparıcı şirkətləri bizimlə bərabər bu stansiyanın inşasında iştirak edəcəkdir. Eyni zamanda, çox güclü beynəlxalq nəzarət olacaq.

Stansiya bütün beynəlxalq ekoloji standartlara tam cavab verir. Ona görə ekoloji baxımdan stansiyanın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Burada şərti yanacağın sərfiyyatı da aşağı səviyyədədir - 260 qram. Energetiklər bilirlər ki, bu, çox aşağı səviyyədir.

Bütövlükdə son illərdə görülmüş işlər nəticəsində enerji sistemində şərti yanacağın sərfiyyatı aşağı düşməkdədir. Eyni zamanda, itkilər də azalır. İtkilərin azalmasına gəldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının “Mingəçevir” İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azalacaq. Çünki “Mingəçevir” İstilik Elektrik Stansiyası Bakıdan 250 kilometr məsafədə yerləşir və əlbəttə ki, enerjinin ötürülməsi istər-istəməz itkilərə gətirib çıxarır. Eyni zamanda, bu stansiyanın əhəmiyyəti ondadır ki, mümkün olan qəzaların fəsadları azalacaq. Çünki hamımız yaxşı xatırlayırıq, iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində demək olar ki, Bakı şəhəri, Abşeron yarımadası və ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ona görə bu stansiyanın məhz Abşeron yarımadasında inşa edilməsi bizi qəzalardan da sığortalayacaq.

Eyni zamanda, bildiyiniz kimi, son vaxtlar bərpaolunan enerji növlərinə Azərbaycanda çox böyük əhəmiyyət verilir. Bu istiqamətdə böyük planlarımız var. Energetiklər yaxşı bilirlər ki, bərpaolunan enerji növlərinin genişmiqyaslı inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Ona görə bu stansiya enerji dayanıqlılığının təmin edilməsi işində də mühüm rol oynayacaqdır. Bütövlükdə bu stansiyanın enerji sistemimizin təşkilində və gələcək inkişafında çox böyük rolu olacaqdır.

Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Bildiyiniz kimi, infrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur və deyə bilərəm ki, biz birinci növbədə bu məsələ ilə məşğul olmağa başlamışdıq. Təsadüfi deyil ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdır. O vaxtdan bu günə qədər ölkəmizdə 30-dan çox elektrik stansiyası tikilib. Mən onların arasında əlbəttə ki, böyük stansiyaları xüsusilə qeyd etmək istərdim. Çünki bu stansiyalar tikilməsəydi, bu gün biz öz enerji potensialımızı bu səviyyəyə çatdıra bilməzdik. Yadımdadır, birinci regional inkişaf proqramı qəbul olunandan sonra 525 meqavat gücündə “Sumqayıt” Elektrik Stansiyası tikildi. Ondan sonra digər stansiyalar - təxminən 800 meqavat gücündə “Cənub” stansiyası, 400 meqavata yaxın gücü olan “Şimal-2” stansiyası, generasiya gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyası. Ölkəmizin müxtəlif yerlərində modul tipli beş stansiya tikilmişdir ki, o stansiyaların hər birinin generasiya gücü təxminən 90 meqavatdır.

İndi təsəvvür edin, əgər bunlar tikilməsəydi, bu gün biz yenə də əvvəlki illərdəki kimi, idxaldan asılı vəziyyətdə olacaqdıq və öz enerji təhlükəsizliyimizi təmin edə bilməyəcəkdik. Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan verdi ki, bu gün biz öz tələbatımızı tam şəkildə ödəyirik. Eyni zamanda, bizdə güclü ixrac potensialı yaranmışdır. Daxili tələbatımızın artmasına baxmayaraq, bizim ixrac potensialımız ildən-ilə artır. 2004-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız və o cümlədən sənaye potensialımız üç dəfədən çox artmışdır. Müasir texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda həm generasiya gücləri yaranır, eyni zamanda, itkilər də azalmaqdadır.

Bütün bu müsbət nəticələrə baxmayaraq, onu da qeyd etməliyəm ki, əfsuslar olsun, əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən bizim və Cənubi Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılmışdır. Vaxtında təmir işləri aparılmamışdır. Stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmamışdır. Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğradı və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilmişdir. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanmışdır. “Azərenerji”nin rəhbərliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəymişdir. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilmişdir.

Deyə bilərəm ki, 1300 meqavata qədər itirilmiş generasiya gücləri son iki il ərzində mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər “Mingəçevir” İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi. 2400 meqavat gücündə olan və bu gün tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və o, bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək.

“Cənub” Elektrik Stansiyasının təmiri nəticəsində orada 200 meqavat generasiya gücü bərpa olunmuşdur. Modul tipli stansiyalarda 200 meqavatdan çox generasiya gücü bərpa edildi. “Mingəçevir” və “Şəmkir” su elektrik stansiyalarında 230 meqavat generasiya gücü bərpa edildi. Digər stansiyalarda da işlər aparıldı və bütövlükdə iki il ərzində biz 1300 meqavat itirilmiş gücləri bərpa etdik. Hesab edirəm ki, bu, çox böyük tarixi hadisədir. 1300 meqavat gücündə yeni stansiyaları tikmək bizə milyardlarla dollara başa gələ bilərdi. Ancaq “Azərenerji” bunları çox məhdud büdcə ilə sahmana saldı və bu gün bu stansiyalara yeni həyat verilmişdir.

Beləliklə, son illərdə bu sahədə görülmüş işlər təqdirəlayiqdir. Bu gün təməl daşını qoyduğumuz “Qobu” Elektrik Stansiyası da bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda, bundan sonra daxili tələbatı təmin edəcək. Çünki tələbat artır, Azərbaycan əhalisi artır. Müstəqillik dövründə Azərbaycan əhalisi 8 milyondan 10 milyona qalxmışdır və bu meyillər davam edəcək. Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, hər il əhalimiz artır. Bu, ölkəmizdə görülən işləri əks etdirir. Çünki insanların yaşayış səviyyəsi yaxşılaşır. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə bilavasitə təsir edən amillərdəndir.

Eyni zamanda, sənaye istehsalı da artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda sənaye artır. Deyə bilərəm ki, pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq və hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz səviyyəsindədir, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıbdır. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları. Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik.

Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümid edirəm ki, ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisinə start veriləcək. Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, həmçinin Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür. Onu da bildirməliyəm ki, hazırda bizim Energetika Nazirliyi dünyanın bir neçə ən böyük enerji şirkəti ilə danışıqlar aparır. Biz bu şirkətlərlə bərpaolunan yeni Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışıqları apararkən hesab edirik ki, istədiyimizə nail olacağıq və xarici investisiyalar bu sahəyə daha böyük həcmdə gələcəkdir.

Eyni zamanda, yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan enerji stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa, hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər. Çünki bu gün Azərbaycanda investisiya qoyuluşu sahəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır. “Doing Business” proqramında biz tarixi nailiyyətlərə çata bilmişik. Dünya Bankı tərəfindən hazırlanan bu reytinq cədvəlində Azərbaycan artıq qabaqcıl yerlərdədir. Eyni zamanda, biz dayanıqlı inkişaf baxımından çox böyük irəliləyişə nail ola bilmişik. BMT-nin Dayanıqlı İnkişaf İndeksinə görə, biz ildən-ilə mövqeyimizi yaxşılaşdırırıq. Ona görə Azərbaycan bu gün xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır və bu sahə - elektroenergetika sahəsi hesab edirəm ki, çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir.

Bir sözlə, bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməsə, heç bir başqa sahə inkişaf edə bilməz. Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımstansiyalarda aparılan təmir-bərpa işləri və yeni yarımstansiyaların tikintisi, ötürücü xətlərin təmiri və yeni xətlərin çəkilişi, qonşu ölkələrlə yüksəkgərginlikli elektrik xətlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önəmlidir. Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik.

Əlbəttə, əvvəlki illərin mənzərəsi yada düşəndə bir daha görürük ki, bu sahədə tarixi işlər görülüb. Çünki vaxtilə biz idxaldan tam asılı idik. Bizim yeganə generasiya mənbəyimiz olan “Mingəçevir” İstilik Elektrik Stansiyası çox bərbad vəziyyətdə idi. Ona görə bu sahə inkişaf etmədən heç bir inkişafdan söhbət gedə bilməzdi və biz buna nail ola bilmişik.

Onu da bildirməliyəm ki, bu sahədə görülmüş işlər beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Təkcə bir rəqəmi deyə bilərəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir. Təkcə bunu demək kifayətdir ki, biz bu sahədə əldə edilmiş bütün uğurları əhatə edək və bu, doğrudan da tarixi nailiyyətdir. Dünya miqyasında ikinci yerdə olmaq özlüyündə böyük tarixi nailiyyətdir, xüsusilə infrastruktur layihələrinin ən vacib olan sahəsində - elektroenergetika sahəsində.

Mən bütün bu uğurlar münasibətilə Azərbaycan energetiklərini təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Əminəm ki, “Qobu” Elektrik Stansiyası vaxtında - 2022-ci ilin əvvəlində istifadəyə veriləcək və biz bu stansiyanın açılışını qeyd edəcəyik. Sağ olun.

x x x

Daha sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Orxan Azadxanov və İbrahim Məmmədov çıxış etdilər. Onlar bildirdilər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın elektroenergetika sistemi Prezident İlham Əliyevin diqqəti sayəsində çox sürətlə inkişaf edib. Onlar elektroenergetikanın inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına energetiklər adından minnətdarlıqlarını bildirdilər, bu sahədə çalışanların daim qayğı ilə əhatə olunduqlarını vurğuladılar və göstərilən yüksək etimadı əməli işləri ilə doğruldacaqlarını dedilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev 330/220/110 kilovoltluq “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub  YENİLƏNİB 2  VİDEO

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib

Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir

Texnologiya nəhəngləri bir neçə ildən sonra süni intellektə ildə 500 milyard dollardan çox pul xərcləyəcək

XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya - TƏHLİL

® “Azercell”dən Novruz bayramına xüsusi təklif!

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

® Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək

BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib

Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər

Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Dövlət qulluğu vəzifələri üzrə 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib VİDEO

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb

“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub

Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

Dünya nizamının transformasiyası: Azərbaycan müstəqillik nümunəsi göstərir - RƏY

Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Expressbank”da Daun Sindromu Günü keçirilib

Yeməkləri mikrodalğalı sobada plastik qablarda niyə qızdırmaq olmaz?

Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib

Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək

Fransa iqtisadiyyatı 2024-cü ilin sonunda kiçilib

Baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı müzakirə aparılıb

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarda 352 əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Lyova Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

İtaliyada qar uçqunu nəticəsində iki nəfər həlak olub

Abşeron dairəvi dəmir yolunda bazar günləri reyslərinin sayı 10-dan 15-ə çatdırılıb

BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycanda əhalinin sayı açıqlanıb

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

Muxtar respublikada ötən il 311 min ting əkilib

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır

“Barselona” rəhbərliyi Levandovskinin yerinə yeni hücumçu axtarır

Oya-oya, duya-duya – sənətkarın emalatxanasından REPORTAJ

“Səbail”in yeni baş məşqçisi: Çox çətin yükün altına girdiyimi yaxşı dərk edirəm

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda ötən il ekologiyaya vurulan ziyana görə, ümumilikdə, 167 min manat cərimə tətbiq olunub

Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

BDU və Pakistanın NUST Universiteti arasında akademik əməkdaşlıq genişləndirilir

“Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda dəyirmi masa keçirilib