İQTİSADİYYAT


Prezident İlham Əliyev: Azərbaycanın neft-qaz layihələrinin ABŞ tərəfindən dəstəklənməsi məmnunluq doğurur

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycanın enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrinin ABŞ tərəfindən dəstəklənməsi məmnunluq doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampa ünvanlandığı məktubda deyilir.

“Enerji sahəsindəki əməkdaşlığımız xüsusilə əhəmiyyətlidir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi məmnunluq doğurur. Bu yaxınlarda istismara verdiyimiz Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir”, - deyə məktubda qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.