Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Prezident İlham Əliyev COVID-19-dan sonrakı dövr üçün BMT-nin qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edir

Prezident İlham Əliyev COVID-19-dan sonrakı dövr üçün BMT-nin qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edir

Bakı, 24 sentyabr, AZƏRTAC

“Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görüb, həyata keçirilən düzgün strategiya nəticəsində istədiyinə nail olub. Ona görədir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə hesab olunur”. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, COVID-19 pandemiyasının bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam etməsinə baxmayaraq, Azərbaycan hökuməti əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirib: “Azərbaycanda pandemiyanın ilk günlərindən COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Pandemiya zamanı məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. Aztəminatlı işsiz şəxslərə aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib, 90 min ödənişli ictimai iş yerləri yaradılıb, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailəyə kiçik təsərrüfatlarını qurmasına şərait yaradılıb, 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə, 20 minədək şəxs işsizlikdən sığorta ödənişi ilə əhatə olunub. Onu da qeyd etmək yerinə düşər ki, ilk sərt karantin zamanı 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilib. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 KVts həcmində artırılıb və bu işə 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənilib və buna da 40 milyon manat xərclənib. Bütün bu tədbirlərin ümumiləşdirilmiş təhlili onu deməyə əsas verir ki, Azərbaycan dünyada sosial öhdəliklərini vaxtında tam yerinə yetirən yeganə ölkələrdəndir. Hazırda isə ölkəmizdə peyvəndləmə kampaniyası gedir və bu gün hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır”.

Sədaqət Vəliyeva vurğulayıb ki, düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb, ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb və bütün bu fəaliyyət Azərbaycanın özünün maliyyə resursları hesabına həyata keçirilib: “Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb. Bunu BMT-nin, ÜST-nin rəhbərliyinin açıqlamalarından da görmüşük. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib. Eləcə də Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu bütün addımlarında nümayiş etdirib. Bu mənada, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il 3-4 dekabr tarixlərində BMT-nin xüsusi sessiyası baş tutub. Azərbaycan dəfələrlə açıq şəkildə “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını ifadə edib. Məhz, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.

“Budəfəki sessiya çərçivəsində də Azərbaycan BMT Baş Assambleyasında “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar qətnamə layihəsini irəli sürməyi planlaşdırır”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımların atılması üçün BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib: “Ümumiyyətlə, bütün addımlarına və tədbirlərinə görə Azərbaycan hər zaman olduğu kimi pandemiyaya qarşı mübarizədə də beynəlxalq məsuliyyətini dərk edən, qlobal humanist və təşəbbüskar ölkə mövqeyindən çıxış edir, COVID-19-a qarşı mübarizədə dünyanın bir çox ölkələrinə nümunə hesab olunur”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”