Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib YENİLƏNİB VİDEO

Davos, 20 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırıb.

Moderator: Sözü əvvəlcə Prezident Əliyevə və Baş nazir Qaribaşviliyə vermək istəyirəm. Bu yaxınlarda Orta Dəhlizlə bağlı ciddi çoxtərəfli razılaşmaların olduğunu gördük. Növbəti ildə və hətta ondan sonra bu məsələ ilə bağlı hökumətlərarası səviyyədə nəyi gözləyə bilərik? İcazə verin Sizinlə başlayım, cənab Prezident. Sonra isə sözü sizə verəcəyəm, cənab Baş nazir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz siz qeyd etdiyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmaması nöqteyi-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik. Yeri gəlmişkən görüşümüzə başlayanda mən bizim boru kəmərinin istiqaməti üzrə əyləşdiyimizi gördüm.

Moderator: Amma mən Çex Respublikasındanam.

Prezident İlham Əliyev: Xeyr, xeyr. Boru kəməri Azərbaycandan başlayır - Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa.

Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han: Biz əks axın üzərində işləyirik. Çox sağ olun.

Moderator: Təşəkkür edirəm, çox sağ olun. Bunun bir makromənzərəsini, cənab Baş nazir, Siz də verərdiniz.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili: Ukraynadakı müharibədən sonra ölkələrin Orta Dəhliz layihəsinə marağı daha da artıb. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq bildirmək istəyirəm ki, bizim Azərbaycan, Qazaxıstan və Türkiyə ilə münasibətlərimiz mükəmməl səviyyədədir.

Moderator: Cənab Prezident, layihənin idarə olunması ilə bağlı Sizə qayıtmaq istərdim, sonra isə cənab Baş nazir Sizə. Gələcəklə bağlı, eləcə də bazarla bağlı bəzi ideyaları paylaşa bilərsinizmi? Fikirlərinizi bilmək istərdik. Sözsüz ki, bu, sadəcə, tunel deyil, həm də ola bilsin ki, xeyir gətirən və yeni regional bazarı formalaşdıran ekosistemdir.

Prezident İlham Əliyev: Bəli, mən Ebru xanımın fikirləri ilə tamamilə razıyam. Çünki o, həqiqətən də haqlı olaraq bildirdi ki, bu, sadəcə, dəhliz deyil və komissarın dediyi kimi, bu, tunel deyil. Bizim böyük gözləntilərimiz var. Sözsüz ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq.

Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Burada təkcə biznes mühiti kifayət deyil. Biz əvvələ - Baş nazir Qaribaşvilinin dediklərinə, ölkələr arasındakı əlaqələrə qayıdırıq. Düşünürəm ki, bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük. Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var. Əlbəttə ki, biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub. Mən bir daha Ebru xanımın fikirləri ilə razılaşmaq istəyirəm ki, indi bizim ehtiyacımız olan, bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır. Məsələn, biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikik, dəniz limanımız var - Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, bilirsiniz ki, onların öz aralarında yaxşı bağlantılar yoxdur. Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik. Buna nail olmaq üçün əlbəttə ki, əks istiqamətdə biznes mühiti də bizim hədəflərimizə uyğun gəlməlidir.

Moderator: Cənab Prezident, burada olduğunuzdan istifadə edərək, əlbəttə ki, Sizdən konkret olaraq enerji barədə də soruşmalıyam. Çünki iclasımız internet üzərindən yayımlanır və biz ictimaiyyətə vəziyyətin nə yerdə olduğundan xəbər verməliyik. Vəziyyət nə yerdədir? Bilirəm ki, Avropaya enerjinin təchizatını artırmısınız. Mən hətta buna möcüzə deyərdim. Lakin bu il üçün və strateji olaraq növbəti onillik üçün həm qazla, həm də Azərbaycanın yaşıl enerji ilə bağlı planları haqqında düşüncələriniz barədə bizə məlumat verə bilərsinizmi?

Prezident İlham Əliyev: Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq.

Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Baş nazir qeyd etdiyi kimi, keçən ilin dekabrında biz Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzaladıq və bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Hazır olduqdan sonra biz maliyyələşmənin strukturu barədə düşünəcəyik və əlbəttə ki, Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.

Moderator: Təşəkkür edirəm, cənab Prezident, Sizə bir sualım da var. Bizim təxminən 3 dəqiqə vaxtımız qalıb. Əlbəttə ki, bu, aktual məsələdir. Komissar, siz qeyd etdiniz, bir çoxları düşünür ki, iqtisadi inteqrasiya varsa, daha çox sabitlik, sülh var. Bizə Ermənistanla münasibətləriniz barədə danışa bilərsinizmi? Nə gözləməliyik? Sizin nöqteyi-nəzərinizdən davamlı sülhə necə nail ola bilərik? Hazırda vəziyyət nə yerdədir?

Prezident İlham Əliyev: Bu haqda danışmaq üçün iki dəqiqə yetərli olmayacaq.

Moderator: Hazırda vəziyyət nə yerdədir?

Prezident İlham Əliyev: Heç yerdə, çünki əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Moderator: Azərbaycan ilə Gürcüstan arasında yükdaşımalar, nəqliyyat layihələri ilə bağlı Sizin ümumi fikrinizi bilmək istərdim. Hansı yollarla?

İrakli Qaribaşvili: Biz Azərbaycanla birgə bir neçə layihədə əməkdaşlıq edirik. Bunlardan biri Qara dəniz sualtı elektrik kabeli layihəsidir. Buxarestdə biz - Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan müqavilə imzaladıq və anlaşdıq ki, bu dörd dövlətdən hər biri layihəyə yatırım edəcək. Biz Azərbaycanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini icra edirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin tamamlanması üçün əlavə vəsait ayırdı.

Mən, həmçinin Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərdən bəhs etmək istəyirəm. Bizim münasibətlər sınaqlardan çıxmış, etibarlı və güvənlidir. Biz birlikdə çox mühüm tarixi layihələri, neft-qaz layihələrini icra etmişik. İndi isə bu dəmir yolu layihəsini icra edirik. Gələcəkdə də bir çox layihələr icra edəcəyik.

Moderator: Cənab Baş nazir, Sizin fikrinizcə, perspektiviniz nədir? Biz uzunmüddətli sülhə necə nail ola bilərik? Eyni zamanda, bununla yanaşı, bilirəm ki, Sizin həm NATO, həm də Avropa İttifaqı ilə bağlı iddialarınız var idi. Bu barədə fikirləriniz nədir?

İrakli Qaribaşvili: Əvvəlcə, Azərbaycan ilə Ermənistan arasında münasibətlərə gəldikdə, Gürcüstan həqiqətən də neytral, qərəzsiz və obyektiv vasitəçidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, üçtərəfli görüşün təşkil olunması bizim də marağımızdadır. Çünki bu region bizə - Azərbaycana, Gürcüstana və Ermənistana məxsusdur. Biz həqiqətən də bu regionu sülh, tərəqqi və sabitlik regionuna çevirə bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib YENİLƏNİB VİDEO

Avropa Komissiyası qeyri-qanuni immiqrasiya ilə mübarizənin gücləndirilməsi üçün Tunisə 127 milyon avro yardım ayıracaq

COVID-19 pandemiyası zamanı gənclərdə şəkərli diabet xəstəliyi artıb

Alimlər biləkdən ölçülən temperaturla xəstəliyə diaqnoz qoymağın mümkün olduğunu bildirirlər

Səkkiz ayda 353 milyon dollar dəyərində plastmas və ondan hazırlanan məmulatlar idxal edilib

Papa Fransisk Fransada apostol səfərindədir

Depressiya diqqəti azaldır, qərar qəbul etməyə mane olur

İtaliyanın Siciliya adasında meşə yanğınları davam edir

Vyanada keçirilən mədəniyyət həftəsində Azərbaycan milli geyimləri təqdim olunub

Serbiyalı nazir: Rusiyanın Ukraynaya hücumunu pisləyirik

BMT rəsmisi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı təşəbbüslər barədə məlumatlandırılıb

Qara metal və ondan hazırlanan məmulatların idxalı artıb

ABŞ dövlət katibinin müavini nüvə silahına malik olan ölkələri sınaqlardan çəkinməyə çağırıb

Ceyhun Bayramov İƏT və ASEAN üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib

Robert Menendez ABŞ Senatının komitə rəhbəri vəzifəsindən istefa verib

Corcio Napolitano üçün İtaliya Senatında cənazə otağı qurulacaq

Qırğızıstanda Türk Əməkdaşlıq Təşkilatlarının ortaq layihəsi təqdim olunub

Daxili İşlər Nazirliyi özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntüləri ilə bağlı açıqlama yayıb

Hansı hallarda vergi orqanı bazar qiyməti tətbiq edə bilər?

Türkiyənin xarici işlər naziri ABŞ-ın Dövlət katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Üçqat dünya çempionu: Medalımı Azərbaycan hərbçilərinə həsr edirəm

“Gaceta UNAM”: Azərbaycan Avrasiya regionunun enerji xəritəsini dəyişərək, mühüm nəqliyyat və enerji mərkəzinə çevrilib

Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə bölgədəki son vəziyyəti müzakirə edib

Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir

Göyçayda şəhid ailələri ziyarət edilir

Naxçıvan üzrə 4691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb

Azərbaycan və UNAOC arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Rusiya Hökumətinin kvotası üzrə təhsil almaq məqsədilə müraciət edənlər üçün məsləhətləşmələr keçirilib

Azərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb

İtaliyanın keçmiş prezidenti vəfat edib

Azərbaycanın xarici işlər naziri albaniyalı həmkarı ilə görüşüb

Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsində mühüm təşəbbüslərlə çıxış edir - ŞƏRH

Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib

Ulu Öndərin qəbul etdiyi strateji qərarlar Azərbaycanın bugünkü inkişafına zəmin yaradıb

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir

Finlandiya şirkətləri Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət olunub

Uqandanın vitse-prezidenti: Azərbaycanın Qoşulmama Hərəkatının nüfuzunun artırılması istiqamətində göstərdiyi səylər təqdirəlayiqdir

Ədliyyə Nazirliyi tərəfindən cinayətkarlıqla mübarizədə səmərəli beynəlxalq əməkdaşlıq davam etdirilir

Türkiyəli general: Azərbaycan artıq oyun qaydalarını özü diktə edən dövlətə çevrilib ŞƏRH

Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb

Zaqatalada yol qəzasında piyada ölüb

Ceyhun Bayramov: Türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə olmaq vacibdir

Qarabağdakı erməni sakinlər üçün ərzaq məhsulları və gigiyenik vasitələr aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb

Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir

Politoloq: Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan DİN: Xankəndi şəhərində qəsdən yanğınlar törədilir VİDEO

Qarabağ bölgəsində erməni silahlı birləşmələrindən müsadirə edilmiş döyüş texnikası, silah və sursatlar VİDEO

Şeyxülislam: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır

Ümumdünya Kosmos Həftəsi çərçivəsində müzakirələr keçiriləcək

® “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu

Milli Məclisdə Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvanda vətəndaşları qəbul edib

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən bahalaşa bilər

Prezident İlham Əliyev xalqa müraciətində Cənubi Qafqazın sülh və inkişaf konsepsiyasını açıqladı - Deputat

ISESCO-nun sabiq Baş direktoru antiterror tədbirlərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Ermənilərin “böyük Ermənistan” xülyası məğlubiyyətə düçar oldu – AÇIQLAMA

Yaşar Nəcəfov: Mənim üçün gözlənilən bir qələbə oldu

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Nikol Paşinyan: Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsinə dair müzakirələr aparılıb

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycridən

Fransada polis zorakılığına qarşı aksiyada 30 min nəfərin iştirakı gözlənilir

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub

İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşlarla görüşüb

Saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlara qarşı diqqətli olun – Xəbərdarlıq

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramları təqdim olunub

Yaşar Nəcəfov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də Fransa müstəmləkəçiliyi ilə bağlı müzakirələr təşkil olunub VİDEO

Binə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb

İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən tam kənarda qalacaq

Sentyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsi

İtaliya saytları Prezident İlham Əliyevin xalqa müraciətini diqqətdə saxlayıb

“AzerGold” QSC: Cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb

İnnovasiya üzrə İşçi qrupun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar verilib

2030-cu ilə qədər Türkiyənin turizmdən 120 milyard dollar gəlir əldə etməsi gözlənilir

Azərbaycanın bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir – gürcü politoloq

Akademik Zərifə xanım Əliyevanın biblioqrafik göstəricisi hazırlanıb

Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası keçirilib

FHN-in Bakı Regional Mərkəzində tədbir: Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olub

Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq

Azərbaycanda ilk dəfə "EKO Səfir Qızlar" proqramına qəbul başlayır

Erməni silahlılarının Tərtər rayonunun Canyataq yaşayış məntəqəsi yaxınlığında tərk etdiyi döyüş mövqeyi VİDEO

Azərbaycan-İndoneziya parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

“İrəvan” komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub

Qalib Sərkərdə qətiyyəti - ŞƏRH

Baş Prokurorluq: Şuşada baş verən mina hadisəsi üzrə araşdırma aparılır

Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

Bakı yol polisi sürücülərə müraciət edib

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub

Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

Gələn il inflyasiya birrəqəmli həddə düşə bilər - İqtisadçı