RƏSMİ XRONİKA


Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə dünyanın bəzi regionlarında islamofobiya və antisemitizm meyillərinin artması ilə əlaqədar narahatlıq ifadə olundu.

Söhbət zamanı inkişaf etmiş, açıq, tolerant və inklüziv cəmiyyətlərin qurulması istiqamətindəki səylərə qarşı yönələn mövcud çağırışlar, eləcə də müəyyən dini və ya təriqət icmaları üçün tolerant olmayan təhlükəli mühit formalaşdıran, sosial sülhə və birliyə təhlükə yaradan düşmən qüvvələrə qarşı birgə mübarizə aparmağın zəruriliyi barədə müzakirələr aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin