SİYASƏT


Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunu təltif edib

Bakı, 24 iyun, AZƏRTAC 

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun ali hərbi rütbələr, orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, iki nəfərə “general-leytenant”, altı nəfərə “general-mayor” hərbi rütbələri verilib.

Prezidentin digər Sərəncamına əsasən, dörd nəfər “Azərbaycan Bayrağı” ordeni, yeddi nəfər “Vətən uğrunda”, 10 nəfər “İgidliyə görə”, 39 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.