Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Bu gün hər bir Azərbaycan vətəndaşı Sizin ətrafınızda sıx birləşərək həmişəkindən daha güclü birlik nümayiş etdirir

Prezidentə yazırlar: Bu gün hər bir Azərbaycan vətəndaşı Sizin ətrafınızda sıx birləşərək həmişəkindən daha güclü birlik nümayiş etdirir

Bakı, 1 oktyabr, AZƏRTAC

Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, düşmənə ağır zərbələr endirməsi Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Zaqatala şəhərindən əsgər anası Elmira Hacıyeva yazır: “Möhtərəm cənab Prezident, bu gün Azərbaycanımızın şanlı əsgərləri əzəli-əbədi torpaqlarımıza soxulan erməni qaniçənlərinə sarsıdıcı zərbələr endirir. Torpaqlarımız 30 illik işğaldan azad edilir. Ordumuzun mətinliyi, igidlərimizin vətənpərvərliyi bizləri sevindirir. Sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Erməni faşistləri düşünürdülər ki, illər keçdikcə Qarabağ torpaqları azərbaycanlıların yadından çıxacaq. Ağıllarına gətirmirdilər ki, əksinə Qarabağ sevgisi, Vətən sevgisi bu 30 ildə xalqımızın qəlbində məşələ çevriləcəkdir. Düşünmürdülər ki, oğullarımız müharibəyə toya-bayrama gedər kimi ruh yüksəkliyi ilə, Qələbə əzmi ilə gedəcəklər. Cənab Prezident, Siz erməniləri xəbərdar etmişdiniz və bildirmişdiniz ki, əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Bu gün Sizin Vətənimizin bütövlüyü, xalqımızın rifahı üçün apardığınız bütün siyasəti dəstəkləyirik. Bir nəfər kimi ətrafınızdayıq. Cənab Ali Baş Komandanımız, bütün xalqımız Sizin yanınızdadır. Qələbə bizimdir, Vətən bizimdir. İrəli, Azərbaycan əsgəri! Əziz Prezidentimiz, Uca Tanrım Sizi və əsgərlərimizi qorusun”.

Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri adından rektor Elçin Babayev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, artıq bir neçə gündür ki, təcavüzkar Ermənistan xislətinə uyğun işğalçılıq siyasətini davam etdirərək yeni ərazilər qəsb etmək məqsədilə bütün cəbhəboyu hücuma keçməyə cəhd göstərir, beynəlxalq humanitar hüquq normalarını, beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan, o cümlədən iriçaplı artilleriyadan atəşə tutur. Düşmənin xain hücumlarının qarşısını almaq, təhlükəsizliyimizi təmin etmək məqsədilə Sizin rəhbərliyinizlə bütün cəbhəboyu əks-hücuma keçən müzəffər Azərbaycan Ordusu tərəfindən erməni vandallarının törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınır, düşmənə adekvat cavab verilir. Ordumuz tam şəkildə hərbi və mənəvi üstünlük əldə edərək, düşmənə sarsıdıcı zərbələr endirir. Fərəhli haldır ki, xalqımız hər gün, hər saat uzun illər ərzində işğal altında qalan ərazilərimizin, yaşayış məntəqələrinin işğaldan azad edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilərək nəzarətə götürülməsi barədə rəsmi qələbə xəbərləri alaraq bu zəfərlərin qürur və sevincini yaşayır. Xüsusilə, Sizin xalqımıza müraciətiniz, BMT-nin 75 illiyinə həsr edilmiş iclasda dərin məzmunlu çıxışınız və Rusiyanın “Rossiya-1” telekanalına verdiyiniz müsahibənizdə səsləndirdiyiniz fikirlər, haqlı və kəskin mövqeyiniz bizdə Böyük Qələbəyə inamımızı daha da artırıb. Bu gün ölkəmizin ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı tam olaraq işğaldan azad etmək üçün tarixi bir məqam yetişib. Bilirik ki, bu şansı əldən verməmək üçün bizə birlik və həmrəylik hər şeydən vacibdir. Bu gün hər bir Azərbaycan vətəndaşı rəşadətli və yenilməz Silahlı Qüvvələrimizin, Sizin ətrafınızda daha sıx birləşərək həmişəkindən daha güclü birlik və həmrəylik nümayiş etdirir. Cənab Ali Baş Komandan, bizə bu xoş günləri yaşatdığınıza görə Sizə Bakı Dövlət Universiteti ailəsi adından hədsiz təşəkkür edirik. Sizin hər bir əmrinizi layiqincə yerinə yetirməyə, Böyük Qələbəyə nail olunması naminə dövlətimizə və ordumuza hər cür dəstək verməyə hər an hazırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz mütləq qalib gələcəyik! Əminik ki, o gün uzaqda deyil. Allah Sizi və rəşadətli Ordumuzu qorusun!”.

Mingəçevir şəhərindən Səba Osmanova: “Möhtərəm cənab Prezident, Sizə hərbçi ailəsi olaraq öz təşəkkürümü bildirmək istəyirəm. Siz daim xalqın qayğısına qalan, hər bir vətəndaş üçün narahat olan Prezidentsiniz. Çətin zaman kəsiyində olmağımıza rəğmən inanıram ki, Sizin təşkilatçılığınızla hər bir çətinliyin öhdəsindən gələcəyik. Fəxr edirəm ki, həyat yoldaşım Azərbaycan Respublikasının şanlı Ordusunda xidmət edir. Sizin verdiyiniz hər bir qərar bizim üçün qanundur. Allah Sizi, əsgərlərimizi, zabitlərimizi və xalqımızı qorusun. Amin”.

Bakı şəhərinin Binəqədi rayonundan Niyaz Cəlilov və Ərəstun Yusibov yazırlar: “Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. Cəbhədə baş verən bu döyüş günlərində Sizə, Ordumuza və xalqımıza qələbə, zəfər arzu edirəm. Artıq biz bunun ilk soraqlarını alırıq. Şanlı və rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir, torpaqlarımızı işğaldan azad edir. Cənab Prezident, Qələbəyə doğru gedən yolda Sizin yanınızdayıq. Allah Sizi qorusun”.

İmişli şəhərinin sakini Rüstəm Qüdrətov: “Hörmətli cənab Ali Baş Komandan, Qarabağ torpaqlarının azad olunması haqqında verdiyiniz əmrə görə Sizə təşəkkür edir, uğurlar arzulayırıq. Biz Sizi dəstəkləyirik. Qarabağ torpaqlarının azad olunması yolunda İmişli oğulları da hazırdırlar. Tanrı köməyiniz olsun, cənab Prezident”.

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, ehtiyatda olan mayor Elçin Atayev yazır: “Möhtərəm cənab Prezident, mən Qarabağ müharibəsi veteranıyam, müxtəlif bölgələrdə vuruşmuşam. Milli Ordumuzun qeyrətli övladlarının Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatına qarşı sentyabrın 27-30 tarixlərində layiqli cavabları məni keçmiş hərbçi kimi ürəkdən sevindirir. Mən tam əminəm ki, Sizin uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində biz böyük Qələbəyə nail olacağıq. Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, şanlı Milli Ordumuzun daha da qüvvətlənməsi naminə yeni-yeni uğurlar diləyirəm”.

Abşeron rayonundan Nihat Ağayev: “Hörmətli cənab Prezident, mənim 10 yaşım var, əslən ağdamlıyam. Amma mən hələ Ağdamı görməmişəm. Mənim ən böyük arzum Ağdamı azad görməkdir. Son günlər Vətənimiz uğrunda gedən döyüşlər məni çox sevindirir və inanıram ki, Sizin rəhbərliyinizlə biz qalib gələcəyik və dünyanın ən gözəl yeri olan Qarabağ yenidən bizim olacaq”.

Beyləqan rayonundan Əbdül Təhməzov: “Hörmətli cənab Prezident, Sizin bu uğurlu işlərinizi bütün Azərbaycan dəstəkləyir. Cəbhə bölgəsində əldə olunan uğurlar uzun illər ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Əsgərlərimizin və xalqımızın döyüş ruhuna və birliyinə heyran qalmışam. Bunun sayəsində biz hələ çox uğurlar əldə edəcəyik. Allah Sizə və bütün ailə üzvlərinizə uzun ömür versin”.

Lənkəran rayonunun Sinovli kəndinin sakini Bəhlul Hüseynovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident. Düşmən təxribatına əks-hücumla cavab verilməsi haqqında əmrinizi dəstəkləyirəm. Gün olsun ki, xalqımıza Qələbə müjdəsi verəsiniz. Xalq Sizi alqışlayır. Sevincdən gözlərimiz dolub. Yaşlı olmağıma baxmayaraq, mən də Ordumuza bu dar gündə kömək etmək istəyindəyəm. Müəllim kimi cəbhədə yaxşı təbliğatçı ola bilərəm. Əmr olduğu halda, cəbhəyə getməyə hazıram”.

Laçın rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan kimi rəhbərliyinizlə torpaqlarımızın yağı düşməndən azad edilməsinə başlanması biz yaşlı nəslin nümayəndələrini də ürəkdən sevindirir. İnanırıq ki, uzun illərdən bəri istər ölkəmizin inkişafı, istərsə də ordu quruculuğu istiqamətində yorulmaz fəaliyyətiniz artıq öz bəhrəsini verdi. Dəfələrlə vurğuladığınız kimi xalqımızın haqq işi Qələbə çalacaq. Siz zəfər bayrağını Şuşada, Laçında və digər azad olunacaq torpaqlarımızda ucaldacaqsınız. Bu taleyüklü məsələnin həlli naminə yorulmaz fəaliyyətiniz xalqımızı bir daha ətrafınızda səfərbər edərək daha da sıx birləşdirdi. Sizinlə qürur duyur, fəxr edirik. Xalqımıza bəxş etdiyiniz sevincli anlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qəti inanırıq ki, rəhbərliyinizlə ordumuzun həyata keçirdiyi bu müqəddəs iş nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin olunacaq. 30 ildən çox bir müddətdə ata-baba yurdlarının həsrəti ilə yaşayan köçkünlər öz doğma evlərinə dönəcəklər. Allah bu müqəddəs işdə Sizə yar olsun”.

Şəki şəhərindən Zabit Həsənov və Sevinc Musayeva yazırlar: “Hörmətli cənab Prezident, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığınız qətiyyətli siyasətə görə Sizə öz adımızdan və ailələrimiz adından minnətdarlığımızı bildiririk. Ən böyük arzumuz Qarabağın azad edilməsidir. Sizə və Ordumuza bu yolda uğurlar arzulayırıq. İnşallah, Sizin və Ordumuzun sayəsində Qələbə bizimlə olacaq. Allah hər birimizə Şuşada Azərbaycan Bayrağının dalğalanmasını görməyi nəsib etsin”.

Şəki şəhərinin daha bir sakini Elmira Hacıyeva: “Möhtərəm cənab Prezident, Şəki Tibb Kollecinin kollektivi Sizin müdrik və uzaqgörən siyasətinizi birmənalı şəkildə müsbət qiymətləndirir. Azərbaycanın tarixi torpaqlarını, Qarabağımızı zəbt edən mənfur ermənilərə qarşı aparılan döyüşlərə mənəvi dəstəyimiz sonsuzdur. Sizin qeyd etdiyiniz kimi, biz Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun! Əminik ki, düşmənimiz bundan sonra da layiqli cavabını alacaq. Azərbaycan Ordusu buna qadirdir. Onlar öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi isə qəlbimizdə əbədi yaşayacaq. Qarabağ bizimdir, bizim olacaq!”.

Neftçala rayonu Yenikənd kənd məktəbinin şagird valideynləri adından Ə.N.Qafarova, Ü.Q.Hüseynova və A.Q.Həsənova yazırlar: “Əziz Prezidentimiz, Sizin verdiyiniz Sərəncamla bu il bizim kəndimizdə yeni məktəb binası inşa olundu. Yeni məktəb binasının tikintisi barədə xəbər həm uşaqlar, həm də biz valideynlərdə bu çətin və həssas pandemiya dövründə gələcəyə daha ümidli baxışlarla baxmağa zəmin yaratdı. Binanın ilk təməl qoyuluşundan tutmuş, bina tam hazır olana kimi işlərin gedişini sevinclə izləmişik. Hələ övladlarımızı demirəm... Onların körpə qəlblərində bu cür sevinc, xoşbəxtlik hissini yaşatmaq hər insana nəsib olmur. Siz bunu çox gözəl bacarırsınız, əziz Prezidentimiz. Hər il yüzlərlə uşaqlara bu sevinc hissini bəxş edirsiniz. Bütün bunlar Sizin təhsilimizə göstərdiyiniz qayğının nəticəsidir. Uşaqlara xoşbəxt hisslər yaşatmaq insanlığın ən gözəl, ən vacib əməllərindən biridir. Bu hissi övladlarımıza yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Övladlarımız belə müasir, geniş və hər cür şəraiti olan məktəbdə təhsil aldıqları üçün çox şanslıdırlar. Ən böyük şansımız isə Sizin kimi bir Prezidentimizin olmasıdır. Biz hər zaman Sizinləyik”.

Gəncə şəhərindən Oruc Vəliyev və Ramiz Sadıxov yazırlar: “Hörmətli cənab Prezident, cəbhə bölgəsində düşmən təxribatına əks-hücumla cavab verilməsi barədə göstəriş və qısa müddətdə əldə olunan uğurlar bizi sevindirdi, qəlbimizi dağa döndərdi. Biz ahıl insanlar üçün bu xəbərlər sanki ömrümüzə ömür calayır. Demək ki, taleyimizdə bu günləri görmək də varmış. O qədər ruhlanmışıq ki, bu qoca yaşımızda əlimizə silah götürüb cavanlarla vuruşmaq istəyirik. Cənab Prezident, Allah ömrünüzü uzun eləsin. Bizə təkcə qələbə sevinci deyil, yeni həyat eşqi, yaşamaq sevdası bəxş etdiniz. Hər zaman Sizinləyik”.

Mingəçevir şəhərindən Firdovsi Məsimov və Könül Məsimova yazırlar: “Hörmətli cənab Prezident, tarixi keçmişdən bu günədək daim Ermənistanın təcavüzkarlığının Azərbaycan dövlətinə və xalqına təhlükə törətdiyini görürük. Erməni terroruna və işğalına qarşı mübarizədə irəli sürdüyünüz qətiyyət şübhəsiz ki, təqdirəlayiqdir. Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik. Azərbaycan xalqı daim Sizinlə fəxr edib, edir və edəcək. Əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Ya Qarabağ, ya ölüm! Bizim başqa yolumuz yoxdur. Yaşasın, Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi Fazilə Əliyeva yazır: “Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə şanlı Ordumuz düşmənlərimizə layiqincə cavab verir. Bu Sizin düzgün daxili və xarici siyasətinizin nəticəsidir. Biz inanırıq ki, yaxın zamanda üçrəngli bayrağımız zəbt olunmuş torpaqlarımızda dalğanacaq. Cənab Ali Baş Komandan, mən fəxr edirəm ki, Siz bizim Prezidentimizsiniz. Biz həmişə Sizin yanınızdayıq”.

Lənkəran şəhərindən Baldadaş Əliyev: “Hörmətli cənab Prezident, Sizin sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə aparıcıların suallarına verdiyiniz məntiqli, müdrik, əsaslandırılmış və əsl siyasətçiyə xas cavablarınız Lənkəran Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivində qürur hissi oyatmışdır. Bunun əksinə olaraq, siyasi baxımdan savadsız və yalançı Paşinyanın verdikləri izahlar nə qədər gülünc və əsassız idi. Biz bir daha əmin olduq ki, Sizin rəhbərliyinizlə tezliklə mənfur düşmənə qalib gələcəyik. O gün uzaqda deyil. Haqq bizim tərəfdədir. Biz Sizin yanınızdayıq. Sizin müstəqil Azərbaycan naminə bütün addımlarınızı bəyənir və dəstəkləyirik”.

Bakı şəhərinin sakini Müzəffər Müzəffərov: “Cənab Prezidentimiz, Sizi Ali Baş Komandanı olduğunuz Ordumuzun zəfər yürüşləri münasibətilə təbrik edirəm. Bu qürurlu günlərdə şəhid və yaralı əsgərlərimiz haqqında məlumatlara Sizin qədər biz də kədərlənirik. Nəzərinizə çatdırıram ki, mən bir keçmiş döyüşçü kimi özümü keçmişin yox, bu günün əsgəri sayıram və əlimdə silah daim döyüşə getməyə hazıram. Təki Vətənim mənfur düşmənlərimizdən təmizlənsin. Uca Allahdan bunları arzulayıram”.

Masallı rayonunun Çayqıraq kəndindən Rəşad Cəfərov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Azərbaycan xalqı işğalçı Ermənistan dövlətinə qarşı apardığınız qətiyyətli mübarizədə son nəfəsinədək Sizin yanınızdadır. Sizin qəbul etdiyiniz qərarlar, apardığınız danışıqlar, qətiyyətli mövqeyiniz qeyrət simvoludur. Erməni işğalçıları və onun havadarları bilməlidir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Sizin rəhbərliyinizlə tez bir zamanda azad ediləcəkdir. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqının fəxri olan Prezidentimiz!”.

Türkiyənin İstanbul şəhərindən Ömər Öztürk dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, Qarabağda ordunuzun uğurlu əməliyyatları barədə xəbərlər bizi xoşbəxt etdi, hər kəndin adı çəkildikcə ayrıca sevinc anları yaşadıq. Hər yaralanan əsgər, hər şəhid xəbəri ürəyimizdə bir yara oldu. İnşallah, Qələbə xəbəri bu yaraları sağaldacaq. İnşallah, xalqınız Qarabağda gözəl günlər yaşayacaq. Mən də bu mübarizənizdə Sizlərlə bir sıradayam. Yaşasın türk birliyi! Çox yaxın günlərdə Şuşada, Xankəndidə, Xocalıda ucalacaq azan səsləri Qarabağın hər guşəsində eşidiləcək”.

Kayseri şəhərindən Saraç Mustafa: “Hörmətli cənab Prezident, biz türklər ermənilərlə mübarizədə bütün qəlbimizlə Sizi dəstəkləyirik. Azərbaycan Ordusunun tərkibində Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlar üçün qardaşlarımızla vuruşmağı ürəkdən istəyirik. Xain ermənilər bilməli idilər ki, türklər üçün qazdıqlara quyuya bir gün özləri düşəcəklər. Onların elə bugünkü durumu da quyunun dibində yazıq-yazıq durub kimdənsə kömək gözləyən birini xatırladır. Bu, Sizin siyasi, diplomatik və hərbi uğurunuzdur, cənab Prezident. Uğurlarınızın davamı gəlsin”.

Aydın şəhərindən Yakup Kurt: “Hörmətli cənab Prezident, Sizin də dediyiniz kimi, “Qarabağ Azərbaycandır!” Biz bunu belə görmüşük, belə oxumuşuq və belə də bilirik. Mən 53 yaşındayam, polis işçisi olmuşam, hazırda təqaüddəyəm. Canımla, qanımla Azərbaycan dövlətinin yanındayam. Hansı an “gəl!” əmri verilsə, gələcəyəm. Belə bir gündə cəbhə xəttində olmaq hər birimizin borcudur. Sizə Qarabağ qələbəsi arzu edirəm, cənab Prezident”.

Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Sen Həmkarlar İttifaqı Komitəsinin sədri Talip Geylan: “Hörmətli cənab Prezident, bir daha işğalçı Ermənistanın beynəlxalq hüququ və insan haqlarını pozan, Azərbaycan ərazisinə və birbaşa mülki əhalini hədəf alan xain hücumunu qətiyyətlə pisləyirəm. Türk Egitim-Sen Həmkarlar İttifaqı Komitəsi olaraq bütün varlığımızla qardaş Azərbaycan xalqının yanındayıq. Bir daha bildirirəm ki, Azərbaycanın beynəlxalq hüquqla təsdiq edilmiş bütün hüquqlarını sonadək müdafiə edəcəyik. Azərbaycan torpaqlarının 20 faizi işğal edildi və 1 milyondan çox soydaşımız evlərindən didərgin düşdülər. Qarabağ təkcə Azərbaycanın deyil, həm də Türkiyənin həsrətinə çevrildi. Qarabağ məsələsinin yeganə həll yolu Ermənistanın dərhal işğal olunmuş ərazilərini tərk etməsi və 30 ildir əziyyət çəkdiyi bütün vətəndaşlarımıza təzminat ödəməsidir. Ermənilərin məsuliyyətsiz rəhbərləri bu günə qədər bunu etmədikləri üçün bu gün Dağlıq Qarabağı və işğal olunmuş bütün ərazilərimizi öz gücümüzlə azad etmək təbii haqqımızdır. Bəzi beynəlxalq təşkilatların Azərbaycan və Ermənistanı danışıqlara çağırmalarını mənasız hesab edirik. Bu nöqtədə, danışıqların yeganə mövzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlardan çıxma təqvimi olmalıdır. Türkiyənin Azərbaycana münasibəti və dəstəyi yalnız sözdə deyil, hər iki dövlətin rəsmi xarici siyasət strategiyasında, qarşılıqlı münasibətində də yer alıb. Bu münasibətin təbii nəticəsi olaraq, canımız, qanımız və bütün varlığımızla Azərbaycanın yanındayıq. Duamız və dəstəyimiz Sizinlədir. Həmişə olduğu kimi ürəkdən deyirik, Qarabağ türk torpağıdır, belə də qalacaq! Həsrət sona yetəcək. Gec-tez üçrəngli Bayraq Qarabağın hər guşəsində dalğalanacaq”.

Kocaeli şəhəri Arif Karadurakoğlu: “Hörmətli cənab Prezident, Türkiyədəki qardaşlarınızdan biri olaraq haqq mübarizənizi dəstəkləyir, yeni uğurlar diləyir, bu mübarizənizdə maddi, mənəvi dəstəkdən başqa canımla da Sizlərlə bir sırada olduğumu şərəflə bildirirəm. Allah yar və yardımçınız olsun”.

Almaniyanın Vuppertal şəhərində yaşayan Osman Dənizxanlı: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, son günlər cəbhə bölgəsindən gələn xəbərlər məni və bütün xalqımızı çox sevindirir və qürurlandırır. Siz və Sizin əmrinizdə olan Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdiniz ki, Qarabağ uğrunda, öz torpaqlarımız uğrunda sona qədər döyüşməyə hazırıq. Bunları yazaraq Sizə dərin hörmət və dəstəyimi bildirir, hər an əmrinizdə olduğumu bir daha ifadə etmək istəyirəm. Qəlbimiz Vətən ilə döyünür. Sizin rəhbərliyiniz və Allahın köməyi ilə yaxın vaxtlarda torpaqlarımızı son qarışına qədər geriyə alacağımıza inanıram. Yolumuz haqq yoludur. Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib