Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə çatıb

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə çatıb

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. Respublikamızın müxtəlif şəhər və rayonlarından vətəndaşlar görülən abadlıq-quruculuq işlərinə, onlara göstərilən diqqət və qayğıya, ölkənin inkişafı və əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizin başçısının minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər. AZƏRTAC Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Füzuli rayonunun Arayatılı kəndindən 7-ci sinif şagirdi Dilbər Hüseynova yazır: “Möhtərəm cənab Prezident, bütün dünyanı cənginə alan COVID-19 infeksiyası ilə əlaqədar zamanında verdiyiniz uğurlu qərarlar sayəsində ölkəmiz bu virusla mübarizədə qətiyyətli addımlar atır. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, bütün dünya, o cümlədən ölkəmiz tezliklə bu virusdan xilas olacaq, insanlar normal həyatlarına davam edəcəklər.

Ağcabədi rayonundan Tural İsmayilov: “Möhtərəm cənab Prezident, bir gənc olaraq Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilərək, bu təşəkkür məktubunu ünvanlayıram.

Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsünüz. Bu tədbirlər Azərbaycan xalqını gözə görünməyən düşməndən - COVID-19 bəlasından qoruyur. Xalqımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun”.

Laçın rayonundan məcburi köçkün Nəcəf İsgəndərov ailəsinin yeni mənzillə təmin olunması ilə əlaqədar dövlətimizin başçısına təşəkkürünü bu sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, 1992-ci il mayın 18-də doğma yurd-yuvamızdan - Laçın rayonundan məcburi köçkün düşərək 28 il Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində qamış evlərdə ağır şəraitdə yaşamışıq. Doğma yurd-yuvamı canlı olaraq görməsəm də, böyüklərimin danışdığı və sosial şəbəkələrdə izlədiyim görüntülər mənə işğal altında olan əzəli torpaqlarmızın bir cənnət olduğunu çox yaxşı anladıb. Məndə və mənim kimi minlərlə gəncdə ali təhsil almağa inam hissini Siz yaratmısınız. Məcburi köçkün olaraq bu diqqət və qayğının şəxsən özüm şahidi olmuşam. Bu müraciəti ünvanlamaqda məqsədim də ailəmizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə ailəmiz də evlə təmin olundu. Bizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən də Azərbaycan gənci olaraq daim siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli vətəndaş olmağa çalışıram. Tanrı Sizləri qorusun”.

Bakı şəhərindən fərdi sahibkar Arif Babayev: “Möhtərəm cənab Prezident, bu gün mən firavan bir ölkədə yaşayıram. Ölkəm gündən-günə gözəlləşir. Yaşadığım Suraxanı rayonunda da abadlıq-quruculuq işləri aparılır, hər yaşdan olan sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün şərait yaradılır, gözəl parklar salınır, uşaqların əylənə bilməsi üçün maraqlı attraksionlar quraşdırılır.

Cənab Prezident, bunların hamısı məhz Sizin vətəndaşlara verdiyiniz dəyər sayəsində mümkün olur. Bütün dünya COVID-19 pandemiyasından xilas olmaq üçün mübarizə aparır. İnanıram ki, Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə də bu virusun qarşısı alınacaq və yenidən sağlam həyata davam edəcəyik. Allah Sizi qorusun”.

Lənkəran şəhərindən Məhəmməd Paşazadə: “Əziz Prezidentimiz, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Dağlıq Qarabağla bağlı tarixi faktlara əsaslanan çıxışınızı ailəmlə birlikdə dinlədik. Bu, şəxsən mənə çox böyük qürur hissi verdi. Xüsusilə də erməni baş nazirin yersiz müdaxiləsinə verdiyiniz tutarlı cavab qəlbimi riqqətə gətirdi. Öz terrorçuları ilə məşhur olan ermənilərin azərbaycanlıları irqçilikdə günahlandırmaq cəhdi gülüş doğurur. Bu qəbuledilməz böhtandır və növbəti erməni təxribatıdır. Çünki bütün dünya Azərbaycanı tolerant və multikultural dəyərlərin bərqərar olduğu ölkə kimi tanıyır və bu təcrübəni başqalarına nümunə göstərir.

Mənim ulu babalarım Qərbi Azərbaycan torpaqlarında yaşayıblar. Məhz ermənilərin etnik təmizləmə siyasəti nəticəsində onlar tarixi torpaqlarından, öz yurd-yuvalarından köçürülüblər. Düşünürəm ki, hər bir azərbaycanlı öz tarixini dərindən bilməlidir.

Sizinlə fəxr edirik, cənab Prezident. Hər bir sahədə olduğu kimi, beynəlxalq arenada da Sizə güvənirik. Təşəkkür edirik”.

Bakı şəhərindən “Qızıl Qələm” mükafatı laureatı Şəhla Qəmbərova yazır: “Möhtərəm cənab Prezident İlham Əliyev, bütün Azərbaycan vətəndaşları kimi, biz də ailəliklə Sizin və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndiririk.

COVID-19 pandemiyasının ölkəmizə ayaq açdığı andan virusun qarşısını almaq üçün gördüyünüz bütün qabaqlayıcı tədbirlərə və bu gün də apardığınız mübarizəyə görə Sizinlə fəxr edirik. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyir, bizi hər zaman düşündüyünüz və ölkəmizin qayğısına qaldığınız üçün təşəkkürümüzü bildirirəm.

Allah Sizi Azərbaycana və azərbaycanlılara çox görməsin. Biz birlikdə güclüyük!”

Cəlilabad rayonundan Cəfər Əliyev: “Möhtərəm cənab Prezident, İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışınızı dərin rəğbət hissi ilə izlədim. Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən videokonfrans zamanı Ermənistanın ölkəmizə qarşı təcavüzkar, terrora və faşizm ideologiyasına söykənən dövlət siyasətini beynəlxalq müstəvidə bir daha tam çılpaqlığı ilə ifşa etdiniz, beynəlxalq hüquq normalarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş müvafiq sənədlərə istinad etməklə “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” deyərək, xalqımızın səsini, haqq işimizi böyük dövlət xadimi kimi növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırdınız. Videokonfransda iştirak edən Ermənistanın avantürist hökumət başçısının konkret və müfəssəl çıxışınıza münasibət bildirmək cəhdi tarixi faktlara söykənən ritorikanız nəticəsində fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunmuş panel müzakirələrdə olduğu kimi, yenə də uğursuzluqla nəticələndi. Bir vətənpərvər kimi Sizinlə qürur duyuram”.

Füzuli rayonunun Horadiz şəhərindən Nübar Əliyeva: “Hörmətli cənab Prezident, bu məktubu yazaraq Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyada qlobal problem olan koronavirusla üz-üzə dayanmışıq. Bütün dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Şükürlər olsun ki, digər dövlətlərlə müqayisədə ölkəmizdə virusun fəsadı azdır. Çünki Siz koronavirusun ciddiliyinin fərqinə çox tez vardınız və təxirəsalınmaz işlər gördünüz.

Cənab Prezident, Azərbaycan xalqının bu çətin günlərində hər bir vətəndaşın sağlamlığının qayğısına qaldığınız üçün Sizə ailəmiz adından təşəkkür edirəm. Mən əminliklə deyə bilərəm ki, bütün uşaqlar Sizi sevir. Siz bu çətin günlərdə bütün məktəblilərin dostu oldunuz. Bizi xəstəlikdən qorudunuz. Biz evdə qalsaq da, təhsilimizdən geri qalmırıq. Hər gün müəllimlərimiz bizə onlayn dərslər keçirlər. Düzdür məktəbimiz, müəllimlərimiz, yoldaşlarımız üçün çox darıxmışıq. Lakin evdə qalmaqla sağlamlığımızı qorumalıyıq. Biz evdə qaldığımız müddətdə virtual şəkildə dərslərimizi keçir və boş vaxtlarımızda kitablar oxuyuruq. Bununla da həm təhsilimizi davam etdirir, həm də “Evdə qal!” aksiyasına qoşulmuş oluruq. Çox şanslı uşaqlarıq ki, Azərbaycan kimi müstəqil dövlətdə yaşayırıq. Biz fəxr edirik ki, bu dövlətin Sizin kimi qüdrətli, savadlı, uzaqgörən Prezidenti, Mehriban xanım Əliyeva kimi müdrik, fədakar Birinci vitse-prezidenti var. Mən bir şagird olaraq bunları görür və çox sevinirəm”.

Mingəçevir şəhərindən Mətanət İsmayılova və Ələddin Məmmədov yazırlar: “Möhtərəm cənab Prezident, Bu gün Azərbaycan Sizin qabaqlayıcı tədbirləriniz və məqsədyönlü addımlarınız sayəsində dünyanın bir çox ölkələri ilə müqayisədə koronavirusa qarşı daha qətiyyətlə mübarizə aparmaqdadır. Bu ağır günlərdə aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğı, onlara maddi və ərzaq yardımlarının verilməsi, birinci xanım Mehriban Əliyevanın da dəstəyi bir daha sübut etdi ki, Siz hər zaman xalqın yanındasınız.

Bu proseslərin gedişi ərəfəsində bütün ölkədə olduğu kimi, bizim Mingəçevir şəhərində də tikinti-quruculuq, abadlıq işləri aparılır. Şəhərimizdə illərdir baxımsız qalan təqribən üç hektara yaxın böyük bir ərazidə tikilən Nəsimi adına park-əyləncə mərkəzində aparılan abadlıq işləri bizim üçün böyük bir hədiyyə oldu. Yaşadığımız ərazidə - şəhərdən bir qədər kənarda, Günəşli bağlar massivində Sizin göstərişiniz əsasında su-kanalizasiya sisteminin qurulması, küçələrə yeni asfalt örtüyün çəkilməsi şəhərə gediş-gəlişimizi asanlaşdırdı.

Möhtərəm cənab Prezident, bu işlərə görə biz Mingəçevir sakinləri adından Sizə təşəkkür məktubu ünvanlamağı qərara aldıq. Biz bir daha əyani şahidi olduq ki, Siz bu çətin günlərdə belə xalqımızdan diqqət və qayğınızı əsirgəmirsiniz. Sizə sevgimiz və hörmətimiz sonsuzdur. Allah Sizi və ailənizi daim qorusun, ucaltsın, ölkəmizi çiçəkləndirsin, uğularınızı əbədi etsin! Biz Sizinlə birlikdə güclüyük!”.

Cəlilabad rayonundan Qədəmşah Əzizov, Həbull Məmmədov, Səxavət İsayev, Şahin Əliyev yazırlar: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafin ən yüksək zirvəsinə yüksəlmiş, dünya birliyində özünə layiqli yer tutmuşdur.

Aqrar sektorun inkişafına göstərdiyiniz qayğı biz fermerlərə böyük dəstəkdir. Bizim əsas məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikanın tələbatını ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır.

Xüsusi karantin rejiminin davam etməsinə baxmayaraq, tapşırığınıza əsasən məhsulun Rusiyaya göndərilməsinə şərait yaradıldı. Becərdiyimiz məhsuldan yaxşı qazanc götürmək üçün fermerlərə göstərilən qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Bakı şəhərindən Bayram Hüseynov: “Əziz Prezidentimiz. Mənim 87 yaşım var. Kənd təsərrüfatı elmləri namizədiyəm. Dəfələrlə qabaqcıl fəaliyyətimə görə təltif olunmuşam. Həyatın bütün sınaqlarını görmüş adam kimi bugünkü Azərbaycanla qürur duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan gülüstana çevrilir, dağ başındakı kəndlərə də yol çəkilir, nümunəvi məhəllələr, parklar yaradılır, müasir məktəblər, xəstəxanalar tikilir, gündən-günə gözəlləşən diyarımız göz oxşayır.

Siz neftdən gələn kapitaldan səmərəli istifadə edərək, xalqın xoş gələcəyi üçün zəmin yaratdınız. Bütün sahələrlə yanaşı, turizmi inkişaf etdirdiniz. Bir mütəxəssis kimi deyim ki, aqrar sahəyə də çox böyük qayğı göstərirsiniz. Dövlətin baramaçılığın, pambıqçılığın, taxılçılığın inkişafına diqqəti sayəsində fermerlər Azərbaycan məhsulunu dünyada tanıdır.

Bu gün bütün dünya sınaq qarşısındadır. Amma mən əminəm ki, Sizin xalqla birliyinizin, xalqa bağlılığınızın sayəsində bu bəladan tezliklə qurtulacağıq. Siz güclü lidersiniz, xalq Sizin arxanızdadır, Sizinlə qürur duyur, Sizi sevir. Sizi güclü edən xalq məhəbbətidir. Sizinlə Azərbaycan da güclüdür və bütün çətinliklərin öhdəsindən gələcəkdir.

Sizə şərəfli işinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun. Yaşasın Azərbaycan!”

Göygölün Aşıqlı, Köşkü və Üçbulaq kəndlərinin sakinləri Gülsarə Mustafayeva, Taleh Məmmədov, Ədalət Hüseynov, Cəmil Vəliyev və Yasin Ələsgərov dövlətimizin başçısını minnətdarlıqları bu sözlərlə ifadə edirlər: Hörmətli cənab Prezident, biz - Göygöl rayonunun Aşıqlı, Köşkü və Üçbulaq kəndlərinin sakinləri bu üç kəndi birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işinin yüksək səviyyədə başa çatdırılmasına görə bütün əhali adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün sakinlər yolun çəkilişini böyük sevinclə qarşıladılar. Əvvəl yararsız vəziyyətdə olan yol gediş-gəlişimizi çətinləşdirir, maşınlar tez-tez sıradan çıxır, yağış və sel suları zamanı hərəkət daha da pisləşirdi.

Kəndlərimiz meşə zolağında yerləşdiyindən asfalt yolun çəkilməsi növbəti illərdə kəndlərə turist axınını daha da artıracaq, bizim yaşayış səviyyəmizin daha da yüksəlməsinə səbəb olacaqdır. Çox sağ olun, cənab Prezident!”

Salyan rayonunun Qızılağac kəndindən B.Yolçiyev, R.Əliyev, M.Həsənov, H.Kazımov və A.Cəlilov: “Hörmətli cənab Prezident, Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pambıqçılığın inkişafına verdiyiniz dəstək nəticəsində Salyan rayonunun Qızılağac kəndinin sakinlərinin əməyə və zəhmətə həvəsini daha da artmışdır. Əvvəllər bir çox çətinliklər ucbatından əlimiz işdən soyumuşdu. İndi isə işləmək istəyən insanlar üçün hər bir şərait mövcuddur.

Qızılağac və qonşu kəndlərdə 2020-ci il mövsümü üçün 706 hektar pambıq əkini planlaşdırılmışdı. Pambıqçılığın inkişaf etdirilməsi məşğulluğu artırmaqla bərabər ailə büdcəmizə də xeyli mənfəət gətirir. Odur ki, bizim üçün yaratdığınız bu şəraitə görə Salyan rayonu Qızılağac kənd sakinləri Sizə uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayırlar”.

Kürdəmir rayonunun Şilyan kəndindən Vəli Ağasənov: “Hörmətli cənab Prezident, bütün dünyanı ağuşuna almış koronavirusa qarşı Azərbaycanda Sizin rəhbərliyiniz altında görülən mübarizə tədbirlərini ürəkdən alqışlayırıq. Bəşəriyyətin təhlükəli virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin yaşlılara, uşaqlara, bir sözlə, hər kəsə göstərdiyiniz diqqət və qayğı bizi ruhlandırır. Bir daha gördük ki, dövlətimizin başçısı hər bir vətəndaşını fikirləşir, onun qayğısına qalır, sosial ehtiyaclarını təmin edir. Sizin sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Mehriban xanım Əliyevanın birillik əməkhaqqınızı həmin Fonda ianə etməyiniz, xəstəliyin geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər görməyiniz, xalqa müraciət edərək bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırmağınız ən xoş sözlərə layiqdir.

Cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuz üçün Sizə kürdəmirlilər adından minnətdarlığımızı bildirirəm. İnanırıq ki, bu çətinliyi birlikdə tezliklə dəf edəcək, yenidən firavan həyata qovuşacağıq”.

Bakı şəhərinin Suraxanı rayonundan Sabir Alışov: “Möhtərəm cənab Prezident, Bakının Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı münasibətilə keçirilən tədbirdə etdiyiniz çıxış məni çox duyğulandırdı. Azərbaycan xalqının 1990-cı illərin əvvəllərində üzləşdiyi hadisələri, yaşanan tarixi faktları, o dövrdəki hakimiyyət nümayəndələrinin səriştəsizliyi ucbatından düşdüyümüz ağır durumu çox dəqiqliklə diqqətə çatdıraraq dediniz: “O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın?”

Bəli, mən də o dövrü yaşayan şəxslərdən biriyəm. Məhz ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, dərin zəkası və siyasi ustalığı Azərbaycanımızı vətəndaş müharibəsindən, parçalanmadan xilas etdi.

Cənab Prezident, mən tam inanıram ki, Heydər Əliyev məktəbi tarixin öhdənizə buraxdığı bütün işlərin həllində köməyiniz olacaqdır. Məni təəssüfləndirən məsələlərdən biri xaricdə yaşayan və əleyhimizə danışan “azərbaycanlılar”dır. Əgər onlar doğurdan da Azərbaycanı sevirlərsə, bu ölkə üçün səmərəli xidmət göstərsinlər, düşmən dəyirmanına su tökməsinlər. Onu da bilsinlər ki, həmin dəyirman bir gün onların özünü üyüdə bilər.

Əziz Prezidentim, mətbuatdan görürəm ki, Sizə çoxlu sayda minnətdarlıq məktubları gəlir. Mən də bir azərbaycanlı kimi ölkə vətəndaşlarına qoşularaq dövlətimiz, xalqımız, millətimiz üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnşallah, torpaqlarımız tezliklə azad olunar, bayrağımız Xankəndidə, Şuşada dalğalanar. Sizə cansağlığı, xalqımıza əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Qəbələ rayonunun Solquca kəndindən Elçin Aslanov: “Hörmətli cənab Prezident, bu məktub vasitəsilə Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilirəm.

Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, məni də qürurlandırdı. Koronavirus kimi qlobal məsələnin fonunda əhalinin sosial rifahı üçün atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş olduğunuzun təcəssümüdür. Sizi xalqa sevdirən də məhz bu müsbət amillərdir.

Cənab Prezident, əminəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyaya qalib gələcəyik. Allah bütün işlərinizdə köməyiniz olsun”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb