Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Yürütdüyünüz müdrik və qətiyyətli siyasət nəticəsində qazandığımız uğurlar bizə qürur hissi yaşadır

Prezidentə yazırlar: Yürütdüyünüz müdrik və qətiyyətli siyasət nəticəsində qazandığımız uğurlar bizə qürur hissi yaşadır

Bakı, 31 oktyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından məktublar ünvanlanmaqda davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Türkiyənin Ankara şəhərindən Ali Aras yazır: “Hörmətli cənab Prezident, Sizə Türkiyədən yazaraq eyni kökə, eyni Vətənə malik olduğum üçün fəxr etdiyimi bildirirəm. Sizin haqlı və qürurlu mübarizənizi, maneələri dəf edərək sürətlə irəliləməyinizi qürurla izləyirəm. Azərbaycanla həmrəy, əl-ələ olmağı bildirmək mənim üçün kifayət deyil, mən ikinci Vətənim üçün daha çox şey etmək istəyirəm. Buna görə Sizə müraciət edərək maddi və mənəvi dəstəyə, əlimdən gələn hər şeyi etməyə hazır olduğumu, ehtiramımı bildirirəm”.

Balakən rayonunun sakini Alvina Cumayeva: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən Balakən gəncləri adından yazaraq Sizin siyasətinizi dəstəklədiyimizi bildirirəm. Qəbul etdiyiniz düzgün qərarlar nəticəsində ölkəmizin inkişafı və çiçəklənməsi biz gəncləri də çox sevindirir. Yürütdüyünüz müdrik və qətiyyətli siyasət nəticəsində dövlətimizin qazandığı uğurlar, rəşadətli Ordumuzun zəfərləri, düşmənlərimizə verilən layiqli cavablar bizə qürur hissi yaşadır. Allah Sizi və müzəffər Ordumuzu qorusun! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.

Qazax rayon sakini Bəhlul Yusifov yazır: “Əziz Ali Baş Komandanımız İlham Əliyev, ilk öncə Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Biz qazaxlılar Sizin müdrik siyasətinizi dəstəkləyirik və daim Sizinlə birlikdəyik. Bütün alınan torpaqlara görə çox-çox minnətdarıq. Cənab Prezident, əminik ki, Sizin Ordumuza dəstəyiniz sayəsində əsgərlərimiz Qarabağ torpaqlarını işğaldan tam azad edərək öz sahiblərinə qaytaracaqlar. Biz Sizə və Ordumuza güvənirik. Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan Ordusu!”.

Göyçay rayon sakini Rəşad Allahverdiyev: “Möhtərəm cənab Prezident, bu gün Vətənimizdə gedən bu ağır döyüşlərdə qazanılan uğurlar bir azərbaycanlı kimi məni çox sevindirir. Mən azərbaycanlı olmağımla, Sizin kimi Prezidentimizin olması ilə fəxr edirəm. Bu, həqiqətdir ki, dünyanın bir çox ölkələrinin vətəndaşları Sizin kimi Vətənini sevən, xalqını sevən bir Prezidentlərinin olmasını çox istəyərlər. Sizə bu yolda uğurlar, nailiyyətlər arzulayıram. Daim zirvələrdə olasınız. Sizə sonsuz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır!”.

Füzuli rayon sakini Zaur Səfərovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, 30 ilə yaxındır ki, qəlbimizdə çəkdiyimiz ağrılı-acılı Vətən həsrətimizə son qoyduğunuz üçün Sizə ailəm və öz adımdan dərin təşəkkürümü bildirirəm. Sizə və Azərbaycan Ordusunun hər bir əsgərinə cansağlığı və yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, Sizin rəhbərliyiniz altında qüdrətli ordumuz qələbə qazanacaq və bu qələbə çox yaxındadır. Allah bu haqq yolunda Sizin və xalqımızın yar və yardımçısı olsun. Allah Sizi, xalqımızı və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Seynur Əsgərli: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, sentyabrın 27-dən indiyədək torpaqlarımız uğrunda gedən döyüşlərdə qazandığınız uğurlara, bu yolda göstərdiyiniz cəsarət və fədakarlığa görə Sizə minnətdarlığımı bildirirəm. Fəxrimizsiniz, cənab Prezident. Sizinlə və Ordumuzla qürur duyuram. Bir əsgər olaraq hər zaman əmrinizə hazıram. Azərbaycan Ordusunun tezliklə qələbə bayrağını Şuşada dalğalandıracağı, tarixi ədalətin bərpa ediləcəyi günü səbirsizliklə gözləyirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Qubadlı sakini Zaur Cəfərov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Qubadlı şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi xəbərinə o qədər sevindim ki, heç idman sahəsində qazandığım uğurlara görə bu qədər sevinib, qürurlanmamışdım. 2019-cu ildə Finlandiyada ermənilərin də iştirak etdiyi dünya çempionatında ən yüksək nəticə göstərərək qalib oldum, əlimdə üçrəngli müqəddəs Azərbaycan bayrağı ilə fəxri kürsüdə məğlub etdiyim erməni ilə üz-üzə gəldim. Sözün bitdiyi an idi. Gözlərim dolmuşdu, bir tərəfdən uğur qazanmağımın sevinci, digər tərəfdən yaralı Qarabağımız. Bir gözümlə ağlayır, bir gözümlə gülürdüm. Erməniyə dedim ki, bu qisas qiyamətə qalmayacaq. Siz ermənilər hər sahədə bizə məğlub olmusunuz. Biz Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Nəhayət əmr verildi, biz onlara yerlərini göstərdik. Cənab Prezident, dildə ifadə edə bilməyəcəyimiz sevinclərə görə Sizinlə fəxr edirik. Son nəfəsimizə kimi bizim Ali Baş Komandanımız, Prezidentimizsiniz. Yaşasın Azərbaycan! Yaşasın İlham Əliyev! Yaşasın Mehriban Əliyeva! Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Tehran Heydarov dövlətimizin başçısına yazır: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mən bu müharibənin ağırlığını öz çiyinlərində daşıyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün əsgərlərinə, həmin əsgərləri döyüşə qaldıran komandirlərimizə, açıq döyüş meydanında canlı qüvvə və hərbi texnikaların hərbi nizamnaməyə uyğun idarə olunmasında xüsusi xidməti olan zabit və generallarımıza, Ermənistan silahlı qüvvələrinin mühəndis istehkam xəttinin yarılmasında xidməti olan ordumuza və ən əsası Ermənistanın dövlətçiliyini beynəlxalq aləmin gözü qarşısında heçə endirməyi bacaran Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkür və minnətdarlığımı bildirirəm. Mən əminəm ki, yüksək döyüş qabiliyyətinə malik olan rəşadətli Ordumuz tezliklə işğal altında olan Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda və Xankəndidə ay-ulduzlu üçrəngli bayrağımızı dalğalandıracaqlar. Vətənini, Bayrağını, dövlətini və xalqını sevən Azərbaycan Ordusunun əsgərləri açıq döyüş meydanında erməni əsgərlərini tərksilah etməklə onları Azərbaycan xalqı qarşısında diz çökdürəcəklər və Ermənistanın bayraqlarını Azərbaycan xalqının ayaqları altına atmaq kimi müqəddəs bir işin öhdəsindən layiqincə gələcəklər. Allah Sizi və müzəffər Ordumuzu qorusun!”.

Göygöl rayon sakini Ayaz Yolçuyev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bütün xalq Sizin apardığınız siyasəti bəyənir və sonuna kimi arxanızdayıq. Cənab Prezident, ehtiyatda olan gizir kimi Sizdən xahiş edirəm ki, mənim yenidən Silahlı Qüvvələrimizin əsgərləri ilə birlikdə döyüşə getməyimə kömək edəsiniz. Sizin etimadınızı doğruldacağıma söz verirəm. Qələbə bizimdir, zəfər bizimlədir! Qarabağ Azərbaycandır!”.

Qubadlı rayon sakini Nərmin Məmmədova: “Müzəffər Ali Baş Komandan, 28 ildir həsrət qaldığımız doğma yurdumuz Qubadlı rayonu Sizin və rəşadətli ordumuzun qətiyyəti sayəsində düşmən tapdağından azad edilmişdir. Bu yolda göstərdiyiniz qətiyyətə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sevimli Prezidentimiz, döyüş meydanındakı bugünkü zəfərlərin təməli Sizin tərəfinizdən qoyulmuş və rəhbərliyinizlə bu təməl üzərində möhkəm xalq-dövlət birliyi ucaldılmışdır. Bu sarsılmaz milli birlik düşmənin başını əzməkdə davam edir. Cənab Prezident, çox təəssüf ki, həqiqətə kor olmuş dünya gücləri, ermənipərəst dairələr son günlər bütün güclərini ölkəmizə qarşı yönəldərək Sizi haqq işinizdən döndərməyə, qətiyyətli qərarlarınıza təsir etməyə çalışırlar. Amma onların unutduğu, hesaba almadıqları bir vacib nüans vardır. Unudurlar ki, xalq birliyindən güc alaraq haqq-ədaləti təmin edən, milləti qarşısında andına sadiq qalıb Vətənimizin ərazi bütövlüyünü bərpa edən Sərkərdəni, Ali Baş Komandanı qətiyyətindən heç bir qüvvə döndərə bilməz. Sizinlə fəxr edirik, qürur duyuruq. Uca Tanrı Sizi və Ordumuzu qorusun. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Nürəddin Həşimov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bu gün bu məktubu Sizə bir Kəlbəcər sakini kimi yazıram. Hələ 1996-cı ilin iyun ayında Rusiya Federasiyasında yaşadığım dövrdə Allah-Təala mənə dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevlə Stavropol vilayətinin Kislovodsk şəhərində diasporumuzun ən fəal bir üzvü kimi görüşməyi nəsib etmişdir. Həmin görüşdə Qarabağ torpaqlarının işğalda olması barədə geniş müzakirələrimiz olmuşdu. Ulu Öndər hələ o zaman görüşdə belə söyləmişdi: “Harada yaşamağımızdan asılı olmayaraq, nə dilimizi, nə də dinimizi unutmayaq. Vahid bir yumruq kimi, hər bir zaman Azərbaycanın yanında olaq”. İkinci bir xoşbəxtliyi Allah mənə nəsib etdi, 2014-cü ilin aprel ayında Sizinlə Stavropol vilayətindən gəlmiş nümayəndə heyətinin tərkibində olan bir şəxs kimi Bakı Ekspo Mərkəzində görüşdüm. Bu görüşdə əyani olaraq Sizin nə qədər alicənab, humanist, uzaqgörən bir siyasətçi olduğunuza bir daha əmin oldum. Cənab Ali Baş Komandan, 27 il ərzində bütün varlığımla inanmışam ki, Siz Qarabağ torpağını bu erməni faşistlərindən azad edəcəksiniz. Cənab Prezident, bu sevinci Azərbaycan xalqına yaşatdığınıza görə Sizi səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Allah Sizə yar olsun. Eləcə də bütün əsgərlərimizi, zabitlərimizi təbrik edirəm. Allah Sizləri qorusun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, valideynlərinə başsağlığı verirəm. Şəhidlərimiz bizim hər birimizin, bütövlükdə Azərbaycan xalqının övladlarıdır. Cənab Prezident, mən də Sizin bir əsgəriniz kimi hər bir an torpaqlarımızın azad edilməsi uğrunda ön cəbhədə vuruşmağa, eləcə də işğal altındakı rayonlarımızın azad olunandan sonra yenidən qurulmasında bir fərdi sahibkar, iş adamı kimi iştirak etməyə hazıram. Ən sonunda Azərbaycan xalqına və dövlətinə içimdən gələn bir təklifim var: Ali Baş Komandan cənab İlham Əliyevi ömürlük Azərbaycan Respublikasının Prezidenti elan etmək, Qarabağ torpağında işğaldan azad olunmuş rayonlarımızın hər birində qızıldan büstünü qoymaq!”.

Bakı şəhər sakini Nicat Ağayev: “Sevimli Prezidentimiz, mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Sizin sayənizdə torpaqlarımız işğaldan azad olunur. Siz fövqəladə mükəmməl lider, uzaqgörən və qətiyyətli rəhbərsiniz. Dünya liderlərinin Sizdən öyrənəcəyi çox şey var. Ulu Tanrı Sizi və ailənizi qorusun! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Paytaxtın daha bir sakini Söhbət Bağırov yazır: “Hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Siz Azərbaycan tarixində yeni şanlı səhifələr açırsınız. Azərbaycanın tarixi torpaqları olan Qarabağı və onun ətrafında olan əraziləri işğaldan azad edirsiniz. Mən əmin idim ki, biz bir gün mütləq o torpaqlara qayıdacağıq. O gün bu gündür! Sizə gördüyünüz işlərdə uğurlar arzu edirəm. Qələbə bizimdir!”.

Ağcabədi sakini Təzəgül Rəcəbova: “Hörmətli cənab Prezident, mən sadə və zəhmətkeş bir ailədə anadan olmuşam. Atanız məhrum ulu öndər Heydər Əliyevin gördüyü gözəl işlərin şahidi olmuşam. Onun müdrik siyasətini layiqli şəkildə davam etdirdiyinizə görə Sizə təşəkkür edirəm. Əziz Prezidentim, Sizə həmişə duaçıyam. Uca Allahdan Sizə kömək diləyirəm. Allah yardımçınız olsun. Elimiz-obamız Sizin dayağınızdır. Şəhid anaları Sizi öz övladı bilir. Bu müqəddəs yolda Sizə uğurlar diləyirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb