SİYASƏT


Prezidentin köməkçisi: Sentyabrın 27-dən indiyədək dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq

Bakı, 13 noyabr, AZƏRTAC 

Ermənistan silahlı qüvvələri yalnız cəbhə bölgəsindəki mülki əhalini və obyektləri deyil, cəbhə zonasından xeyli kənarda yerləşən şəhərlərimizi, o cümlədən Gəncəni, Mingəçeviri, Xızını və digər şəhərlərimizi ballistik raketlərdən atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsi ilə bağlı noyabrın 13-də keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, ermənilərin bu vandal və barbar əməlləri nəticəsində 90-dan çox mülki vətəndaşımız həlak olub və 400-dən artıq vətəndaşımız yaralanıb.

Hikmət Hacıyev bildirib ki, sentyabrın 27-dən indiyədək dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq. Ümumi nəticə əsasında əldə ediləcək rəqəmlər beynəlxalq ictimaiyyətə də təqdim olunacaq. Bütün bunlar qiymətləndirildikdən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcək. Bunlar Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.