ELM VƏ TƏHSİL
Professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının fəxri adına layiq görülüb
Bakı, 24 iyun, AZƏRTAC
AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Alimlərin, Müəllimlərin və Mütəxəssislərin Beynəlxalq Assosiasiyanın Rusiya Təbiət Elmləri Akademiyası (TEA) tərəfindən “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb və medalla təltif olunub.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, iki il əvvəl də Avropa Elmi-Sənaye Konsorsiumu ilə birlikdə Rusiya TEA-nın təsisçiliyi ilə professor Tərbiz Əliyev dünya elminin inkişafına verdiyi töhfələrə görə “Əməkdar elm və təhsil xadimi” fəxri adına, V.İ.Vernadski adına “Qızıl medal”a və “Əmək və bilik” ordeninə layiq görülüb.
O ilk azərbaycanlı iqtisadçı-alim kimi bütün qeyd olunan medallarla təltif edilib. T.Əliyev, həmçinin Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı almış ilk Azərbaycan alimidir.