CƏMİYYƏT


Prokurorluq: On səkkiz il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Bakı, 11 may, AZƏRTAC

On səkkiz il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaq olunan cinayət işinin üstü açılıb. Cinayətin Anar Ağalarov və qabaqcadan əlbir olduğu şəxslər tərəfindən törədilməsi müəyyənləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Anar Ağalarov iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak etmiş daha bir şəxs tutularaq istintaqa cəlb olunub.

Aparılmış istintaqla Anar Ağalarovun xalası oğlanları - 1976-cı il təvəllüdlü mərhum Teymur Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın 10 min ABŞ dolları məbləğində pulunu ələ keçirmək məqsədilə sonuncuya məxsus mənzilə qanunsuz girib silah qismində istifadə edilən əşyalar tətbiq edərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında mayın 11-də Fərid Məmmədli Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.